
“Azərbaycan Avrasiyanın orta xəttində mühüm siyasi oyunçuya çevrilib"
Yusif Nəzərli
13:15 03.10.2022
Aktual
451
Uzun illər Azərbaycan beynəlxalq bazarda və ilk növbədə, Avropa bazarında etibarlı neft təchizatçısı olub. İndi isə etibarlı qaz təchizatçısına çevrilir. Prezident İlham Əliyevin Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimindəki çıxışı bunu deməyə əsas verir.
Dövlətimizin başçısı bildirib ki, Azərbaycan Avropa İttifaqı ilə arasında enerji sahəsində imzalanmış Memoranduma görə Avropaya qaz ixracını iki dəfə artırmağı planlaşdırır.
Tədbir çıxışçılarından olan Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycanın xüsusilə Avropada məhşurlaşdığını vurğulayıb: " İlham Əliyev olmasaydı, bizim üçün qaz, eləcə də elektrik enerjisi təchizatının şaxələndirilməsinə ümid etmək asan olmazdı”.
Qeyd edək ki, Bolqarıstanda bu ölkənin qaz şəbəkəsini Yunanıstanla birləşdirən interkonnektorun (IGB) açılış mərasimində Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, Bolqarıstan, Azərbaycan, Serbiya, Şimali Makedoniya prezidentləri, Yunanıstan və Rumıniyanın baş nazirləri iştirak ediblər.

Azərbaycanın Avropaya qaz ixracının artmasının əhəmiyyəti barədə "Sherg.az"a danışan politoloq Zaur Məmmədovun qənaətincə, Ukraynadakı hadisələrin fonunda Avropa ciddi şəkildə Azərbaycan qazına ehtiyac duyur:
"Azərbaycanın Asiyadan Avropaya yükdaşımalarda tranzit ölkə kimi əhəmiyyəti artıb. Hazırda Avropanın enerji bazarında Azərbaycan təbii qazının həcmi artmaqdadır. Bu ilin birinci rübündə Azərbaycandan Avropaya 2,6 mlrd. kubmetr qaz ixrac edilib. Yaxın gələcəkdə iki dəfə artıq təbii qazı Avropada görəcəyik.
Bolqarıstan, Yunanıstan, Rumıniya, Albaniya, Serbiya xüsusi paya sahib ola bilər. Hər şey danışıqlardan, siyasi qərarlardan, yatırımlardan aslıdır. Avropa İttifaqı Azərbaycanın həm enerji, həm də logistika və nəqliyyat statusunu xüsusi qiymətləndirir. Bu Avropa Azərbaycan arasında siyasi münasibətlərini dərinləşdirir.
Prezidentin səfəri zamanı müxtəlif liderlərin İlham Əliyevə xüsusi diqqəti, səsləndirilmiş bəyanatlar onu göstərir ki, Cənubi Qafqazın lideri olan Azərbaycan Avrasiyanın orta xəttində mühüm siyasi oyunçuya çevrilib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə