Azərbaycan beynəlxalq məhkəməyə üz tutmalıdır
Yusif Nəzərli
07:56 06.10.2022
Aktual
397
İşğalçı Ermənistan ölkəmizə təzminat ödəməlidir
Hazırda daha çox müzakirə edilən məsələlərdən biri Ermənistanın 30 il işğal altında saxladığı ərazilərimizə vurduğu ziyana görə Azərbaycana təzminat ödəməsidir. 30 ilə yaxın işğal altında qalan ərazilərimizdə infrastruktur, evlər, inzibati və sosial binalar Ermənistan tərəfindən tamamilə dağıdılıb və meşələr məhv edilib.
Dəymiş ziyanla bağlı fərqli rəqəmlər olsa da, ümumi zərər yüz milyard dollarlarla ölçülür. Birinci və İkinci Dünya müharibələrindən sonra dəymiş ziyana görə təzminatların ödənilməsi faktları qeydə alınıb. Körfəz müharibəsindən sonra İraqdan Küveytə vurduğu ziyanın ödənilməsini tələb edən BMT-nin 687 saylı qətnaməsi qəbul olunub. O zaman BMT Kompensasiya Komissiyası dəymiş ziyanın məbləğini 52.4 milyard dollar müəyyənləşdirib. Həmin vəsaitin 48.7 milyard dollarının ödənilməsinə nail olunub.
Millət vəkili Vüqar Bayramov deyib ki, Dünya Bankının metodologiyasına görə, 4 mühüm istiqamət üzrə ziyanın hesablanması həyata keçirilir. Bunlar əmlak və infrastruktura dəyən, iqtisadi nəticələrdən yaranan ziyan, eyni zamanda insanların həyatını itirməsi və məcburi köçkün həyatı yaşaması nəticəsində dəymiş ziyandır.
Suriya münaqişəsi zamanı iqtisadi ziyan 226 milyard dollar hesablanıb və bu da həmin ölkənin müharibədən əvvəlki illik Ümumi Daxili Məhsulundan 4 dəfə çoxdur. Bu baxımdan, dəymiş ziyanın məbləğinin hesablanması yekunlaşandan sonra Azərbaycan da beynəlxlaq məhkəməyə müraciət edərək, işğalçı Ermənistan tərəfindən təzminatın ödənilməsini tələb etmək hüququna malikdir.
Təzminatın ödənilməsi ilə bağlı beynəlxalq məhkəmə qərarı çıxarılandan və ya beynəlxalq qətnamələr qəbul olunduqdan sonra hətta kasıb ölkələr belə o vəsaiti tam və ya qismən ödəyiblər. Beynəlxalq hüquq məhz bunu tələb edir. Biz də bu addımı atmalı, Ermənistanın təzminat ödəməsinə nail olmalıyıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə
Rusiya ilə Ermənistan arasında yükdaşımalar kəskin artıb
11:11 02.09.2026
Region
Bəzi tələbələrə 2000 manat MÜKAFAT VERİLƏCƏK - FOTO
11:11 02.09.2026
Elm və Təhsil
Mal əti bahalaşdı
11:05 02.09.2026
İqtisadiyyat
Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb
11:02 02.09.2026
Hadisə