“Azərbaycan gəncliyi həmişə döyüşə hazırdır”
Banuçiçək Kalbalıyeva
15:34 22.09.2020
Aktual
1307
“Və belə də olmalıdır. Qələbəyə gedən yol vətənpərvərlikdən keçir”
“Zabitlərimiz peşəkar, silahlarımız müasirdir”
“Bu isə dövlət başçısının ordu quruculuğuna göstərdiyi diqqət və qayğı sayəsində mümkün olub”
Şəmkir təxribatı ermənilərin işğalçılıq niyyətini növbəti dəfə ifşa etməklə, həm də Azərbaycan gəncliyinin hərbi-vətənpərvərlik ruhunu ortaya qoydu. Bu günlərdə hər birimizin ürəyi səngərdəki əsgərlərimizlə döyünür. “Görəsən, vəziyyət necədir?” deyə, narahatlıqla düşünürük. Amma həmin narahatlıq tez bir zamanda xoş duyğularla, gələcəyə ümid hiss ilə əvəzlənir. Bu isə ordumuza inamın nəticəsidir. Bəli, Azərbaycan xalqı ordusuna da, yetişməkdə olan gənc nəslinə də inanır. Gəncliyimiz səfərbərliyin elan olunmasını və postlardakı əsgər qardaşları ilə birlikdə çiyin-çiyinə vuruşmağı ən müqəddəs amal kimi arzulayır.
Son günlər baş verən və onun fonunda üzə çıxan həqiqətlərlə bağlı “Sherg.az”a münasibət bildirən Milli qəhrəman, ehtiyatda olan polkovnik-leytenant Vahid Quliyev Azərbaycan Silahlı Qüvvələrinin qüdrətindən ürəkdolusu danışdı:
“Düşmən təxribatları, demək olar, artıq sistematik şəkil alıb. Azərbaycan isə artıq bezib. Ordumuzda təlim toplantıların getməsi o demək deyil ki, biz müharibəyə hazırlaşırıq. Bu, sadəcə hərbi qanunvericiliyin əsasnaməsinə müvafiq olaraq ehtiyatda buraxılan hərbçilərin hazırlıq səviyyəsinin yoxlanılması məqsədlidir.
Amma lazım gələrsə, müharibəyə başlaya bilərik. Ordumuzdakı vəziyyət keçən əsrin 90-cı illərindəki kimi deyil. Zabitlərimiz peşəkar, silahlarımız müasirdir. Bu isə dövlət başçısının ordu quruculuğuna göstərdiyi diqqət və qayğı sayəsində mümkün olub”.
V.Quliyev Azərbaycan ordusuna inamını belə ifadə edib:
“Hərbi əməliyyatlara mane olan, müharibənin başlanmasını istəməyən Rusiya və İrandır. Amma artıq Türkiyə ilə Pakistan da bizim yanımızdadır. Odur ki, Azərbaycan müharibəyə başlayacağı təqdirdə Rusiyanın güclü müdaxilə göstərəcəyinə inanmıram. Və əgər neytral mövqe göstərsə, biz işğal altında olan torpaqlarımızı tezliklə azad edə bilərik.
Çünki Azərbaycan, doğrudan da, regionun ən güclü ordularından birinə sahibdir. Bunu NATO rəhbərliyi də etiraf edir. Rus hərbi mütəxəssisləri deyirlər ki, Azərbaycan üç günə Dağlıq Qarabağı azad edə, yeddi günə keçmiş Azərbaycan (red: Qərbi Azərbaycan) ərazisini qaytara, bir aya isə orada öz hökumətini bərpa edə, bayrağını sanca bilər. Biz ordumuza, gəncliyimizə güvənirik. Gənclər toy-bayrama gedirmiş kimi səfərbərlik idarələrinə üz tuturlar.
Azərbaycan gəncliyi həmişə döyüşə hazırdır. Və belə də olmalıdır. Qələbəyə gedən yol vətənpərvərlikdən keçir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Millimiz Moldovaya məğlub oldu
20:10 07.09.2026
Futbol
Polşa uzaqmənzilli pilotsuz uçuş aparatlarını sınaqdan keçirəcək
20:00 07.09.2026
Dünya
Rusiya Almaniyaya qarşı cavab tədbirləri görür
19:45 07.09.2026
Dünya
Güclü külək Bərdə, Tərtər və Ağdamda fəsadlar yaradıb
19:38 07.09.2026
Hadisə
Suriya İrana xəbərdarlıq etdi
18:37 07.09.2026
Dünya
SEPAH: Oman sahillərindən keçən gəmiləri də vuracağıq
17:36 07.09.2026
Dünya
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - HAVA DURUMU
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya
Yəmən Silahlı Qüvvələri əks-hücumda: Ölkəyə nəzarət bərpa edilir
16:21 07.09.2026
Dünya
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur