Azərbaycan nə Gürcüstan, nə də Ermənistandır
Turan
00:00 11.06.2021
Aktual
645
Qərbə rəsmi Bakını ələ almaq, təsir dairəsinə salmaq heç də asan deyil
Diqqət etsək, ABŞ rəsmisinin ölkəmizə səfərinin Gürcüstan və Ermənistandan fərqli olduğunu görmək mümkündür
Xəbər verdiyimiz kimi ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker bir neçə gündür ki, Azərbaycanda rəsmi səfərdədir. Riker Bakıdan əvvəl Gürcüstanın paytaxtı Tbilisidə səfərdə olub. O, Bakıdan Ermənistanın paytaxtı Yerevana gedəcək.
Rikerin birdən-birə həm Gürcüstan, həm Azərbaycan, həm də Ermənistana səfər etməsi rəsmi Vaşinqtonun Cənubi Qafqaza artan marağının göstəricisidir. Məsələ ondadır ki, hər 3 ölkə Rusiyanın arxa baxçası adlanan Cənubi Qafqazda yerləşir. ABŞ Şərqi Avropa, Mərkəzi Asiya kimi bu regionu da Kremlin moderatorluğundan çıxarmaq niyyətindədir.
Siyasi şərhçi Turan Rzayev “Şərq”ə açıqlamasında Ağ Evin Cənubi Qafqaz siyasətinə və Rikerin səfər məqsədinə münasibət bildirib. Ekspertin sözlərinə görə, Gürcüstan açıq şəkildə Qərbə inteqrasiya edir və regionda ABŞ-la ən çox əməkdaşlıq edən ölkədir:
“Ermənistanda inqilabla hakimiyyətə gələn Nikol Paşinyanın da qərbmeyilli olması heç kimə sirr deyil. Rusiya təsirindən çıxıb Qərbə inteqrasiya etmək niyyətində olan Paşinyana Amerikanın dəstəyi hava-su qədər lazımdır. Təsadüfi deyil ki, Bayden administrasiyası da bu istiqamətdə ermənilərin illərdir arzuladığı ifadəni dilə gətirdi. 1915-ci ildə yaşanmış hadisələri “soyqırım” adlandırdı. Lakin Azərbaycan nə Gürcüstan, nə də Ermənistandır. Yəni rəsmi Bakını ələ almaq, təsir dairəsinə salmaq heç də asan deyil. Diqqət etsəniz, Rikerin ölkəmizə səfərinin Gürcüstan və Ermənistana nəzərən fərqli olduğunu görmək mümkündür. Belə ki, onun ölkəmizə səfəri məhz Azərbaycanın nəbzini yoxlamaq regional və xarici siyasət maraqlarını dəqiqləşdirmək məqsədi daşıyır.
Ermənistan və Gürcüstandan fərqli olaraq Azərbaycanı Avropa Birliyi ilə şirnikləndirmək elə də effektiv deyil. Çünki həm rəsmi Tiflis, həm də İrəvan iqtisadi baxımdan Azərbaycana nəzərən zəifdir və Qərbə inteqrasiya etmələrinin əsas səbəbi də məhz budur”.
Ekspert bəyan edib ki, Azərbaycan son illərdə reallaşdırdığı regional və beynəlxalq nəqliyyat, eyni zamanda enerji layihələri ilə Cənubi Qafqazın digər ölkələrindən fərqli olduğunu sübut edib:
“Avropa İttifaqı rəsmi Bakı üçün zərurət deyil. Bu gün rəsmi Vaşinqton Bakıya daha iştahaçıcı təkliflər barədə düşünməlidir. Vaşinqtonun Qafqaz evi layihəsi ilə Rusiyanı regiondan sıxışdırıb çıxarmaq istəyir! ABŞ həm Rusiyanın, həm də Türkiyənin Cənubi Qafqazda varlığından narahatdır. Xüsusilə də Rusiyanın. Bu gün Qərbdə belə bir düşüncə var ki, 1918-ci ildə Gürcüstan, Ermənistan və Azərbaycanın birlikdə yaratdığı “Zaqafqaziya Demokratik Federativ Respublikası”nın müstəqilliyinə dəstək verilməli, dağılmasının qarşısı alınmalı idi. Lakin bu baş vermədi. Düşünürəm, bu gün Amerika hər 3 respublikanın yenidən bir araya gəlməsini, öz moderatorluğunda vahid Qafqazda birləşməsini istəyir. Təbii ki, söhbət vahid dövlətdən deyil, konfederasiya və ya təşkilat formasında birləşmədən gedir”.
T.Rzayev düşünür ki, bu gün ölkəmizdə də “Qafqaz Evi” layihəsinin tərəfdarlarının sayı az deyil:
“Bu da ondan xəbər verir ki, ABŞ ölkəmiz də daxil olmaqla bu layihəni gerçəkləşdirmək üçün sosial təbliğata başlayıb. Ancaq Vaşinqtonun layihəsi bu günün şərtləri ilə mümkünsüzdür. Birincisi, vahid Qafqaz layihəsinin perspektivi yoxdur. Çünki Ermənistan 27 il Azərbaycanın 20 faiz torpağını işğalda saxlayıb. Bu azmış kimi hələ də ərazi iddialarını davam etdirir. Digər tərəfdən 44 günlük müharibə yeni bitib. Bu reallıq iki xalqın bir arada yaşamasını mümkünsüz edir. İkincisi, ola bilər ki, Gürcüstan, Ermənistan ABŞ-a yaxınlaşaraq, “Qafqaz evi” çərçivəsində bir araya gəlsin. Lakin bu, rəsmi Bakının maraqlarına tam cavab vermir. Azərbaycanın öz xarici maraqları var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya
Britaniya Baş naziri: "Brexit"lə bağlı vədlər puç olub
14:37 11.05.2026
Dünya
ABŞ və İran arasında dialoq yolu bağlandı
14:19 11.05.2026
Gündəm
Aİ Suriya ilə əməkdaşlıq sazişini tam şəkildə bərpa edib
14:10 11.05.2026
Dünya
Akif İslamzadənin vəziyyəti ilə bağlı OĞLUNDAN AÇIQLAMA
13:54 11.05.2026
Mədəniyyət
Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib
13:41 11.05.2026
Dünya
Ukrayna Putinin təklifini rədd etdi
13:33 11.05.2026
Gündəm
Suriya WUF13-də iştirak edəcək
13:26 11.05.2026
Siyasət