"Azərbaycan Ordusu: dünən, bu gün, sabah"  - Azərbaycan Türk Ocağı toplaşır

Sabah saat 11:00-da Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının Akademiklər zalında Azərbaycan Türk Ocağı və AMEA-nın MEK ilə birgə Milli Ordumuzun yaradılmasının 105 illiyinə həsr edilmiş "Azərbaycan Ordusu: dünən, bu gün, sabah" adlı tədbir keçirəcək. 
Toplantıda Akademiyanın Mərkəzi Elmi Kitabxanasının baş direktoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev, millət vəkili Arzu Nağıyev, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova, AMEA- nın Tarix İnstitutunun əməkdaşı, tarix elmləri doktoru Kamran İsmayılov, ATİB başqanı Camal Yanğın, AMEA-nın əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli,   Mətbuat Şurasının sədri Rəşad Məcid,  və Azərbaycan Türk Ocağı İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı və başqa qonaqlar iştirak edəcək.