“Azərbaycan Türkiyə ilə bütün sahələrdə tərəfdaşlıq edir”
Banuçiçək Kalbalıyeva
12:28 19.02.2021
Aktual
499
“Bu, özünü ümumi dəyərlərdə, ümumi maraqlarda göstərir”
“Partnyorluğumuz mədəni-mənəvi elementlərə söykənərək daha effektiv olması ilə seçilir”
Dünən Azərbaycanla Türkiyə arasında əməkdaşlığa dair 11 sənəd imzalanıb.
Sənədlərə Ankarada keçirilən Türkiyə-Azərbaycan İş Adamları Forumunda imza atılıb.
Söhbət iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan sazişlərdən və niyyət protokollarından gedir. Sənədlərə Azərbaycan tərəfdən iqtisadiyyat naziri Mikayıl Cabbarov, Nazirlik yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROPO) sədr əvəzi Yusif Abadullayev, eləcə də “CTS Holdinq”, “ASGroup İnvestment”, “Bakı Tekstil Fabriki” kimi biznes sturkturlarının rəhbər şəxsləri imza atıblar. Deməli, bizim əlaqələrimiz daha da güclənir və tədricən “iki dövlət, bir millət” formatından “bir dövlət, bir millət” formatına keçirik.
Millət vəkili, politoloq Elşad Mirbəşiroğlu “Sherg.az”a açıqlamasında sözügedən əməkdaşlığın əhəmiyyətindən danışdı:
“Bu, münasibətlərimizin inkişafının növbəti mərhələsinin başlanmasıdır. Ümumiyyətlə, Azərbaycan qardaş Türkiyə ilə bütün sahələrdə tərəfdaşlıq edir. Həmin əməkdaşlığın tədricən inkişaf etməsi isə hər iki tərəfin fəallığı və iradəsi ilə bağlıdır. İnanıram ki, tərəfdaşlıq daha da güclənəcək”.
E.Mirbəşiroğlu, həmçinin tərəflər arasındakı əlaqələrin xarakterindən də danışdı:
“Rəsmi Ankaranın ticari və iqtisadi əməkdaşlıq üçün kifayət qədər potensialı var. Azərbaycan isə dünyada etibarlı tərəfdaş kimi tanınır. Bizimlə əməkdaşlıq etmək istəyənlər çoxdur. Lakin Türkiyə ilə qarşılıqlı münasibətlərimiz xüsusi səciyyə daşıyır. Bu, özünü ümumi dəyərlərdə, ümumi maraqlarda göstərir.
Bizim partnyorluğumuz mədəni-mənəvi elementlərə söykənərək daha effektiv olması ilə seçilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm