Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə təlimindən görüntülər - VİDEO
Yusif Nəzərli
11:24 19.10.2022
Aktual
395
Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının “Qafqaz Qartalı-2022” adı altında keçirilən birgə hərbi təlimləri davam edir.
Gürcüstan Müdafiə Nazirliyinin məlumatına görə, Vaziani təlim bazasında keçirilən nümunəvi təlimləri bu ölkənin müdafiə qüvvələrinin komandanı general-mayor Georgi Matiaşvili izləyib.
Xüsusi təyinatlılar hava dəstəyi, paraşütlə tullanma, zirehli nəqliyyat vasitələri ilə hücum, binanın mühasirəsi kimi müxtəlif döyüş tapşırıqlarını icra edərək öz bacarıqlarını nümayiş etdiriblər. Hərbçilər “AN-2” tipli təyyarələrdən paraşütlə tullanma elementlərini icra ediblər.
Nazirlikdən bildirilib ki, “Qafqaz Qartalı-2022” təlimlərinin məqsədi Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı bölmələri arasında sinxronlaşdırma və koordinasiya imkanlarını dərinləşdirmək, təcrübə paylaşımı etmək, qarşılıqlı əməliyyat qabiliyyətini artırmaq və çoxmillətli mühitdə komanda və nəzarəti inkişaf etdirməkdir.
O da qeyd olunub ki, təlimlərdə iştirak edən xüsusi məqsədli qruplar atəş və tibbi təlimlər, məskun ərazilərdə döyüş əməliyyatları ilə bağlı təcrübə paylaşımı edəcəklər.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bir şeyə əmin idik: bu müharibə qələbə ilə başa çatacaq
14:46 02.10.2026
Gündəm
Ağdamda 15 yaşlı qız itkin düşüb
14:41 02.10.2026
Gündəm
Ohanyan saxlanıldı
14:40 02.10.2026
Region
Çinin Azərbaycana strateji dəstəyi genişlənir - ŞƏRH
14:35 02.10.2026
Gündəm
Lukaşenko: Heç vaxt Rusiyaya xəyanət etməyəcəm
14:29 02.10.2026
Dünya
Yaponiya Rusiyaya yeni sanksiyalar tətbiq edib
14:25 02.10.2026
Dünya
Gəncədə avtomobil hasara çırpılıb, 2 nəfər xəsarət alıb
14:12 02.10.2026
Hadisə
Türkiyə Mədinəyə hücuma təpki göstərdi
13:51 02.10.2026
Gündəm
Məkkədə “canlı bomba hücumu” iddiası rəsmən təkzib edildi
13:13 02.10.2026
Dünya
Ankara türk ölkələrinə çağırış etdi
13:06 02.10.2026
Dünya
Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək
12:47 02.10.2026
Ekologiya
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi saxlanılıb
12:38 02.10.2026
Hadisə
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm