Azərbaycan və Ermənistan ikitərəfli müstəvidə problemlərin öhdəsindən gəlmək imkanına malikdir -ŞƏRH
09:26 30.08.2024
Aktual
524
Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 2024-cü il aprelin 19-da imzalanmış 8-ci görüşünün Protokoluna uyğun olaraq, Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin razılaşdırılması ilə bağlı işlər yekunlaşıb. Komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanıb. Hazırda Azərbaycan Respublikası və Ermənistan Respublikası dövlətdaxili prosedurların keçirilməsinə başlayıblar.
Sözügedən məsələni “Sherg.az”a dəyərləndirən politoloq Natiq Miri vurğulayıb ki, Əsasnamənin təsdiqlənməsi faktı Azərbaycan və Ermənistan arasında danışıqların müəyyən kanallar vasitəsilə getdiyini göstərir:
"Yəni komissiyalar, işçi qruplar vasitəsilə proses gedir və kanallar açıqdır. Eyni zamanda, qarşılıqlı şəkildə təkliflərin verilməsi məsələsi də davam edir. Bu isə çox önəmli hadisədir. Çünki Ermənistanda bir çox siyasətçilər hesab edir ki, sülhün bağlanması mümkün deyil. Ancaq sülhün bağlanması ilə bağlı deyilən fikirlər müəyyən mənada həqiqəti özündə əks etdirir. Əsasnamənin imzalanması da bilavasitə fakt olaraq ortadadır. Sərhədlərin müəyyənləşməsi ilə əlaqədar Əsasnamənin təsdiqlənməsi göstərir ki, Azərbaycan və Ermənistan ikitərəfli müstəvidə ən çətin problemlərin belə öhdəsindən gəlmək imkanına malikdir. Demək ki, başqa güc mərkəzlərinin prosesə müdaxiləsi olmadan ikitərəfli formatda müəyyən anlaşmalar mümkündür”.
Ekspert qeyd edib ki, COP29 sammiti çərçivəsində, hətta sülh çərçivə sazişinin imzalanması belə realdır:
“Sadəcə olaraq Ermənistan rəhbərliyi konkret zaman göstərilməklə konstitusiyada ərazi iddiasına dair müddəanın aradan götürülməsi məsələsi ilə bağlı üzərinə öhdəlik götürməlidir. Çünki sözügedən maneəni aşmağın başqa yolu yoxdur. Ermənistanda yeni konstitusiya mətninin hazırlanması və referendumun keçirilməsi 2027-ci ilə qalıbsa, ən azından həmin maneəni həll etmək üçün Nikol Paşinyan rəhbərliyinin üzərinə götürə biləcəyi vəd olmalıdır. Çünki sülh çərçivə sazişinin imzalanması sülhlə bağlı niyyəti ortaya qoyur. Bundan sonra əməkdaşlıq və digər məsələlər intensivləşə bilər. Hətta diplomatik münasibətlərin qurulmasına qədər prosesləri aparmaq olar. Çünki yekun sülh müqaviləsi çətin prosesdir. Ancaq buna görə hardansa başqalamaq lazımdır. Bu da prinsiplərin razılaşdırılması ola bilər ki, onu da çərçivə sazişində təsbit etmək mümkündür. Yəni sözügedən Əsasnamənin imzalanması sülhün yolunu açan məsələdir. Eyni zamanda, Əsasnamənin imzalanması indiyə qədər deyilən iddiaların üstündən xətt çəkir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm