Azərbaycan və Gürcüstan əməkdaşlığı nəzərdən keçirib
Azərbaycan və Gürcüstan əməkdaşlığı nəzərdən keçirib
Yusif Nəzərli
14:12 01.08.2023
Aktual
358
Azərbaycan və Gürcüstan arasında neft-qaz, bərpa olunan enerji sahələrində mövcud və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib.
“Report”un Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi məlumata görə, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin birinci müavini Romeo Mikautadze ilə görüşündə bildirilib.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasında əməkdaşlıq əlaqələrinin iqtisadiyyatın bütün istiqamətlərində, o cümlədən enerji sahəsində uğurla inkişaf etdiyi bildirilib. Azərbaycan Prezidenti İlham Əliyevin ötən il Gürcüstana, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin isə cari ildə ölkəmizə qarşılıqlı səfərlərinin strateji tərəfdaşlıq münasibətlərinin inkişafına yeni təkan verdiyi bildirilib.
Görüş çərçivəsində birgə həyata keçirilən enerji və nəqliyyat layihələrinin hər iki ölkənin davamlı iqtisadi inkişafını gücləndirməklə yanaşı, regionun və Avropanın enerji təhlükəsizliyinə dəyərli töhfə verdiyi vurğulanıb. Bu xüsusda 2022-cü ildə Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji” sahəsində strateji tərəfdaşlığa dair Sazişin imzalanmasının əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açdığı diqqətə çatdırılıb.
Görüşdə, həmçinin SOCAR-ın Gürcüstandakı uğurlu fəaliyyətindən məmnunluq ifadə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Harri Keyn Peleni keçdi
02:12 02.07.2026
Futbol
SEPAH-a 100 milyon barrel neft ayıra bilərik - Pezeşkian
01:40 02.07.2026
Dünya
Rütte: Ağ Ev Avropanın İran məsələsindəki mövqeyindən narazıdır
00:50 02.07.2026
Dünya
Venesuelada birhəftəlik matəm elan edildi
23:56 01.07.2026
Dünya
Pezeşkian: İran hökuməti Müctəba Xameneiyə tabedir
23:33 01.07.2026
Region
İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar
23:15 01.07.2026
Hadisə
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm