Bu məhəlləyə girmək cəsarət istər: Tükürpədici GÖRÜNTÜLƏR

ABŞ-nin Kaliforniya ştatının San-Fransisko şəhərində yerləşən Presidio Terrace məhəlləsində Hellouin bayramı ərəfəsində evlər qorxulu və qeyri-adi dekorasiyalarla bəzədilib.

Sherg.az xəbər verir ki, Anadolu Agentliyinin məlumatına görə, məhəllə sakinləri bayram öncəsi evlərinin fasadlarını və həyətlərini xüsusi bəzəklərlə hazırlayıblar.

Küçələrdə yaradılan qorxulu, eyni zamanda əyləncəli mənzərələr diqqət çəkib. Müxtəlif dizaynlı dekorasiyalar məhəlləyə qeyri-adi görkəm verib.

Hellouin bayramı yaxınlaşdıqca küçələrdə bayram ab-havası daha da güclənib. Evlərin qarşısındakı bəzəklər məhəllənin görünüşünü tamamilə dəyişib.