Azərbaycan və Türkiyə Ermənistana şans verir:“Sülh razılaşması üçün masaya əyləşməlidir”
Yusif Nəzərli
12:54 11.02.2022
Aktual
713
“Ankara-İrəvan arasındakı normallaşma prosesi tərəflərin xüsusi nümayəndə təyin etməsi ilə başladı. İlk görüş yanvarın 14-də Moskvada baş tutdu. İkinci görüş isə fevralın 24-də Vyanada keçiriləcək”.
Bunu “Sherg.az”a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.
Keçmiş səfir bildirib ki, görüş məkanının Vyana olmasını Ermənistan xahiş edib. Türkiyə də buna qarşı çıxmayıb:
“Əslində Türkiyənin gözləntisi hansısa üçüncü tərəf, vasitəçi olmadan birbaşa təmasların qurulmasıdır. Türkiyə tərəfi hesab edir ki, görüşlər Ankarada, İrəvanda olsa, daha məqsədəuyğun olar. Amma indiki halda rəsmi Ankara Türkiyə-Ermənistan arasında vasitəçilərin olmasını, görüş məkanlarını problem etmir. Çalışır ki, proses irəliyə doğru getsin. Ermənistanla münasibətlərin bərpası prosesində Ankara ilə Bakı arasında koordinasiya var. Türkiyə tərəfi Azərbaycanın istəmədiyi heç bir addımı atmayacaq. Rəsmi Bakı masada olmasa belə Azərbaycanın tələbləri hər zaman diqqətə alınacaq. Azərbaycan rəhbərliyi region ölkələri arasında münasibətlərin qurulmasını, əməkdaşlığın inkişaf etdirilməsinin tərəfdarıdır. Rəsmi Bakı yeni reallıqlar çərçivəsində qonşuluq əlaqələrinin qurulmasını istəyir. Azərbaycan və Türkiyə Ermənistana şans verir, müəyyən addımlarla jest edir. İlkin təmaslar hər hansı şərt irəli sürülmədən davam etdirilir. Əlbəttə, saxta “soyqırım” və ərazi iddiaları Türkiyənin qətiyyən qəbul etməyəcəyi məsələlərdir. Ermənistan tərəfi də bunları dilə gətirmir”.
H.Kılıc vurğulayıb ki, Ermənistan Türkiyə ilə sərhədlərinin tezliklə açılmasını arzulayır:
“Türkiyə Ermənistanla sərhədləri 1993-cü ildə Azərbaycan ərazilərinin işğal edilməsinə görə qapadıb və 29 ildir sərhədlər bağlıdır. Bunun bənzəri heç bir ölkədə yoxdur. Heç kim başqa bir dövlətə görə üçüncü ölkə ilə sərhədlərini bağlamaz. Bu da Azərbaycan-Türkiyə qardaşlığının nə qədər möhkəm, dərin və önəmli olduğuna dəlalət edir”.
Sabiq səfirin fikrincə, Ermənistan-Türkiyə arasındakı müzakirələrin qısa zamanda nəticə verib-verməyəcəyini zaman göstərəcək:
“Amma prosesin çox mürəkkəb olduğunu vurğulamaq lazımdır. Uzun illərdir iki ölkə arasında əlaqələr yoxdur. O baxımdan qısa zamanda nəticə əldə oluncağını zənn etmirəm. Prosesin gedişində Azərbaycanla Ermənistan arasında imzalanacaq yekun sülh müqaviləsi də əsaslı rol oynayacaq. Kimin nə deməsindən asılı olmayaraq, Türkiyə belə bir anlaşmanın imzalanmasını gözləyəcək. Ermənistan sülh razılaşması üçün bir an öncə masaya əyləşməlidir. Cənubi Qafqaz bölgəsində əmin-amanlığın bərpa olunmasının vaxtı çoxdan çatıb. Region ölkələrinin və xalqlarının tezliklə savaş psixologiyasından xilas olması vacibdir. Əgər Ermənistanla Azərbaycan arasında əhatəli sülh müqaviləsi imzalanarsa, Türkiyə irəliyə doğru addım atar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm
Lavrov ABŞ-a gedib
11:02 30.10.2026
Dünya
Peskov: Putin Makron və Mertslə danışıqlara hazırdır
10:56 30.10.2026
Dünya
Peskov: Zelenski Putinə hələ zəng etməyib
10:45 30.10.2026
Dünya
Deputat Səyyad Aran Ombudsmanı təriflədi
10:42 30.10.2026
Cəmiyyət
Biləcəridə hotelin fəaliyyəti dayandırıldı
09:55 30.10.2026
Hadisə
Azərbaycan nefti 122 dollardan yuxarı ticarət olunub
09:41 30.10.2026
İqtisadiyyat
Ombudsman vəzifəsinə 3 namizəd irəli sürülüb
09:31 30.10.2026
Gündəm
Bitkoinin qiyməti 79 min dollardan aşağı düşüb
09:19 30.10.2026
İqtisadiyyat
"Milan" və "İnter"in yeni stadionunun adı müəyyənləşdi
08:48 30.10.2026
Futbol
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
07:50 30.10.2026
Sağlamlıq