Azərbaycanda ən çox şikayət edilən tikinti şirkətləri - SİYAHI
07:21 19.02.2020
Aktual
665
Ötən il vətəndaşlar tərəfindən Prezident Administrasiyasına tikinti şirkətlərinin fəaliyyəti ilə bağlı çoxsaylı müraciətlər göndərilib. İl ərzində 100-dən çox tikinti şirkətindən şikayətlər daxil olub.
Bu və digər məsələlər Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun məqaləsində öz əksini tapıb.
S.İsmayılovun sözlərinə görə, vətəndaşlar bəzi tikinti şirkətlərində müqavilə şərtlərinə riayət edilməməsindən, aldıqları mənzillərin başqalarına satılması ilə bağlı müraciət edirlər:
“İl ərzində 100-dən çox tikinti şirkəti tərəfindən çoxmərtəbəli yaşayış binalarının inşasında müvafiq norma və qaydalara, həmçinin müqavilə şərtlərinə riayət edilməməsindən, tikinti işlərinin vaxtında yekunlaşdırılmamasından, bəzi şirkətlərin mənzilləri iki və daha artıq şəxsə satmasından, kompensasiya verilmədən söküntü işlərinə başlanılmasından və ya kompensasiyaların az olmasından, təsdiq edilmiş layihədən kənara çıxılmasından, binaların təhlükə törədəcək dərəcədə yaxın məsafədə tikilməsindən, yaşayış komplekslərinin idarə edilməsindəki bəzi çatışmazlıqlardan, aldıqları mənzillərin başqalarına satılmasından şikayət ediblər.
Bunlardan “Birlik-İnşaat”, “Murad M.S.”, “İnteks”, “Grand Plaza”, “Araz-2011A”, “Pearl Construction”, “Fədək”, “MVVL Verus Praedium”, “NV Construction”, “Malibo”, “Draft Construction”, “Pilot-1", “RÜR”, “Avro Qrand”, “Abşeron LTD-2013”, “Pilot İnşaat A”, “Qafqaz-A”, “İlkin N”, “Qaya Qala”, ”Rifah Plaza”, “RNQ Qroup”, “Poleks”, “Sweet House”, “Memar Group”, “Hayan-E”, "Dərəçiçək", “Narm”, “Karat”, “Xəzər İnşaat”, “Hermes-S” “Servis”, “Mahal”, “Yeni Yasamal, ,“Yüksəliş-C”, “Avanqard İnşaat”, “FF”-2011, "Abidə", “Gözəl Bakı”, “Star-M” “Müasir Arena”, “Home Paş Prestij”, "Kristal Abşeron”, "İlin Dörd Fəsli", “Olimp”, “Şakir”, “AAAF Park”, “İnvest-2016”, “Məkan”, “Bulaq-2”, “Xudafərin”, digər MMC və MTK-lar barədə şikayətlər daha çox olub”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət