“Azərbaycanda normal hərbi ekspert yoxdur”
Yusif Nəzərli
14:22 11.08.2022
Aktual
769
“Tezliklə bu problemin həlli üçün belə bir məktəb formalaşdırmalıyıq”
“Buna görə isə bütün redaktorlar bir araya gəlib səslərini duyurmalıdırlar”
Azərbaycan mediasının “yaralı” yerlərindən biri də hərbi ekspert çatışmazlığıdır.Ölkəmizdə iqtisadiyyat, hüquq, tibb, kənd təsərrüfatı kimi sahələr üzrə yetərincə ekspert olsa da, hərb sahəsində ciddi şəkildə ekspert qıtlığı yaşanır. Bu səbəbdən hətta bəzən reportyorlar öz suallarına cavab tapmaq üçün digər sahələrin ekpertlərinə üz tuturlar. Onlar da bir növ özlərini məcbur hiss edib məsələyə münasibət bildirirlər.
Təlimlər “Dinc Dünya”Araşdırma Mərkəzinin sədri Alisafa Mehdiyev ölkəmizdə hərbi ekspert qıtlığını yaradan səbəbləri “Sherg.az”a sadalayıb:
“İndi hərbi ekspert kimi Ədalət Verdiyev,Üzeyir Cəfərov bir az da Alparsalan İmamqulu danışdırılır. Əslində kimin ekspertiza etmək haqqı varsa, onlar ekspert sayılır. Hazırda bütün redaksiyaların müxtəlif sahələrə üzrə özlərinin ekspert bazası yoxdur. Birini ekspert kimi təqdim edəndə diqqət yetirməliyik ki, bu şəxs informasiya verir, yoxsa baş vermiş hadisəyə bizim xahişimizlə şərh verir? Şərhçilərlə ekspertləri qarışdırmaq olmaz. Bizdə yetərincə politologiya şərhçiləri var. Amma ekspert bunun ən yüksək səviyyəsidir. Üzeyir Cəfərov hərbçilərin hüquqlarını müdafiə sahəsində şərh verir. Onun dediyi fikirlər bir vətəndaş fikridir. Ədalət Verdiyev hərbin sahələrini qarışdırır. Hərb həddindən artıq geniş sahədir. Hərbi nizamnamələr üzrə ən azı dörd ekspert olmalıdır. Üzeyir Cəfərov şəxsi heyət üzrə mütəxəssisdir. Bu istiqamətdə ekspertlik edə bilər”.
A.Mehdiyev vurğulayıb ki , hazırda hər hansısa bir zabiti hərbi ekspert kimi danışdırırıq o da məcbur bizə Ermənistan-Azərbaycan münasibətlərinin bildiyimiz tərəflərindən danışır, məsələni siyasi istiqamətə yönəldir:
“Kimisə ekspert adlandıranda son dərəcə ehtiyatlı olmalıyıq. Hazırda ölkəmizdə müxtəlif qoşun növləri üzrə danışa biləcək nə qədər hazırlıqlı zabit var?
Təəssüflər olsun ki, çox az. Redaksiyaların özləri bu sahə ilə bağlı işləyə biləcəyi mütəxəssisləri müəyyən etməlidirlər. Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyinin nəzdində olan Daxili Qoşunlarda, Mülki Müdafiə Qoşunlarında olan zabitlərin hər biri öz sahəsi üzrə danışmağı bacarmalıdırlar. Reportyorlar da öz növbəsində sualı düzgün şəxsə ünvanlamalıdırlar. Bəzən müxbirlər eksperti məcbur edirlər ki, bilmədiyi sahədən danışsın. Reportyorun özü sual verdiyi sahəni bilməlidir. Mən təqaüddə olan mayoram uzun müddət döyüşmüşəm, buna rəğmən yenə də hərbi ekspert olmaqdan ehtiyat edirəm. Ancaq bu sahədə hansısa informasiya verə bilərəm. Ekspertlik səviyyəsi tamamilə başqadır”.
Onun sözlərinə görə, özünə hərbi ekspert deyən mütəxəssis Sun Dzının 2500 il bundan öncə yazdığı "Savaş sənəti"ni oxumalı, intibah dövrünün florensiyalı dövlət xadimi Nikolo Makiavellinin əsərlərindən xəbərdar olmalıdır:
“Bu zaman onlar nəyi, necə danışmalı olduqlarını biləcəklər. Hərbi ekspertlər hərbin bütün texnologiyalarından xəbərdar olmalıdırlar. Hazırda bizdə belə mütəxəssilər yoxdur . Çünki hərbidən təqaüdə çıxan, danışmağı bacaran zabitlərin hamısı küskündür. Onlar bu sahədən başlarını götürüb qaçıblar. Heç bir halda da hərbi ekspertlik etmək, bildiklərini danışmaq istəmirlər. Bütün məsələ budur. Hazırda Azərbaycan hərb sistemində azad düşüncə imkanı həddən artıq azdır. Bu onların illərlə hərbi rejimdə yaşamaları və hərbi rejimin onların xarakterinə yansıması ilə bağlıdır. Müdafiə Nazirliyi özü çox istəyər ki, hərb sahəsində yaxşı ekspertlər olsun. Amma təqaüdə çıxanları tapıb, ekspert kimi yetişdirmək də çətindir. Xidmətdə olanlar isə gördüyümüz kimi çox quru şəkildə ona təlqin edilən fikirləri çatdırır. Bizdə vəziyyət bu cürdür”.
Müsahibimiz hərbi ekspert sahəsində dünya təcrübəsinə diqqət çəkib:
“Türkiyə və Rusiyayanın hərbi ekspertlərinə baxsaq, görərik ki,orda birbaşa generallar, polkovniklər yüksək səviyyədə hərbi ekspertlik edirlər. Bizdə isə normal hərbi ekspert yoxdur.Tezliklə bu problemin həlli üçün belə bir məktəb formalaşdırmalıyıq. Buna görə isə bütün redaktorlar bir araya gəlib səslərini duyurmalıdırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı
Dörd bürcə XƏBƏRDARLIQ: daha diqqətli olmalıdırlar
09:05 15.11.2026
Cəmiyyət
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
08:53 15.11.2026
Aktual
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
08:11 15.11.2026
Dünya