
“Azərbaycanın əmək bazarı qaranlıq tuneldir” – Məmur “barmağı” var
Yusif Nəzərli
12:29 10.10.2022
Aktual
647
“Təəssüf ki, bizdə əmək bazarının real tələbləri öyrənilmir”
“Bazarda real iş yerlərinin sayı müəyyən şəxslər tərəfindən gizlədilir”
“Əsas səbəb müəssisələrin, şirkətlərin çoxunun ayrı-ayrı məmurların, onların yaxınlarının əlində cəmlənməsdir”
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini Sənnur Əliyev açıqlaması ilə ciddi bir məsələyə diqqət çəkib. Sədr müavini bildirib ki, ölkəmizdə işaxtaranların ixtisasları ilə təhsili arasında tərs mütənasiblik var:
“Azərbaycanda ali təhsilli məzunlar öz ixtisasları üzrə iş tapmaqda çətinlik çəkirlər. Məzun olduqdan sonra mütləq hansısa beynəlxalq sertifikasiya proqramına cəlb olunurlar, bundan sonra aidiyyəti üzrə iş tapmaq ehtimalları artır. Bu gün iqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi ixtisasından məzun olan minlərlə tələbə var. Lakin reallığa baxsaq, ölkəmizdə bu sahədə kifayət qədər iş yeri varmı? - Yox. Nəticə etibarı ilə onlar fərqli sahələrə yönəlirlər”.

Təhsil eksperti Elşən Qafarov mövcud problemlə bağlı “Sherg.az”a danışarkən bildirib ki, istər peşə, istər orta ixtisas, istərsə də ali təhsil müəssisələrimizdə kadr hazırlığı əmək bazarının tələblərinə uyğun aparılmalıdır:
“Əmək bazarı isə vaxtaşırı öyrənilmir. Bu həm dövlət təşkilatları, həm də qeyri-hökumət sektoru tərəfindən həyata keçirilməlidir. Təəssüf ki, bizdə əmək bazarının real tələbləri öyrənilmir. Bunun obyektiv və subyektiv səbəbləri var. Əvvəla bu işlə məşğul olan qurumlar yoxdur. Daha sonra hökumətin vergidən yayınma hallarına qarşı apardığı mübarizəyə baxmayaraq, mövcud əmək bazarında real iş yerlərinin sayı müəyyən şəxslər tərəfindən gizlədilir. Bu da birbaşa əmək bazarını öyrənməyə imkan vermir. Burda da əsas səbəb müəssisələrin, şirkətlərin çoxunun ayrı-ayrı məmurların, onların yaxınlarının əlində cəmlənməsdir.
Onlar da sözsüz ki, bunun üzə çıxarılmasını istəmirlər. Ölkədə maliyyə amnistiyası keçirilməlidir. Bundan sonra isə belə hallara qarşı sərt mübarizəyə başlamaq olar.
Əmək bazarında real iş yerlərinin sayını bildikdən sonra həmin peşələr üzrə kadr hazırlığını həyata keçirə bilərik. Düzdür, kadr hazırlığının özündə də kifayət qədər ciddi problemlər var. Bu ayrı mövzudur. Amma hazırda əmək bazarının tələblərini öyrənmədən bizə lazım olan sayda kadr hazırlaya bilməyəcəyik. İndi əmək bazarımız qaranlıq bir tuneldir. Tezliklə onun öyrənilməsi üçün dövlət proqramı qəbul olunmalı, ciddi işlər görülməlidir.
Düşünürəm ki, Sənnur Əliyevin diqqət çəkdiyi problemi həll etmək üçün ilk növbədə əmək bazarının öyrənilməsindən başlamalıyıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə
Rusiya ilə Ermənistan arasında yükdaşımalar kəskin artıb
11:11 02.09.2026
Region
Bəzi tələbələrə 2000 manat MÜKAFAT VERİLƏCƏK - FOTO
11:11 02.09.2026
Elm və Təhsil
Mal əti bahalaşdı
11:05 02.09.2026
İqtisadiyyat
Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb
11:02 02.09.2026
Hadisə
Boşanma qaydaları dəyişir: 3 mühüm yenilik hazırlanır
10:40 02.09.2026
Cəmiyyət
SON DƏQİQƏ: İran ABŞ-nin hərbi bazalarını vurdu - 4 ölkə hədəfdə
10:01 02.09.2026
Gündəm