“Azəriqaz” daha 3 rayonda sakinlərin müraciətlərini dinləyəcək

Növbəti həftə (yanvarın 16-17 və 19 tarixləri) daha 3 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyası keçiriləcək.

Sherg.az bildirilib ki, aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək Lerik rayonunda (Mədəniyyət Mərkəzi), 2-ci günü saat 13:00-dan 14:00-dək Astara rayonunda (Mədəniyyət Mərkəzi), 4-cü günü saat 11:00-dan 12:00-dək Cəlilabad rayonunda (Heydər Əliyev Yaradıcılıq Mərkəzi) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.