“Birgə təlimlərin sayı artacaq” - Türkiyə ordu modelinə keçid!
Fidan Həmişəyeva
10:42 09.04.2021
Aktual
654
Dünən Azərbaycan və Türkiyə Müdafiə Nazirliklərinin birgə illik planına əsasən, hər iki ölkənin hərbi qulluqçularının iştirakı ilə əməliyyat-taktiki təlimləri başlayır. Müdafiə Nazirliyindən verilən məlumata görə, ölkədə təşkil olunacaq təlimlər Azərbaycan Ordusunun hərbi birliklərinin cavabdehlik zonalarının müxtəlif istiqamətlərində yerləşən ümumqoşun poliqonlarında keçiriləcək.
Təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə ordularının əməliyyat bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi, əməliyyat bölmə komandirlərinin hərbi qərar qəbuletmə, təşəbbüs göstərmə və idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir.
Təlimlərin hər iki ölkə üçün əhəmiyyətini "Sherg.az"a sadalayan hərbi məsələlər üzrə ekspert Ədalət Verdiyev bildirib ki, Vətən müharibəsi başa çatdıqdan sonra ilk dəfə Türkiyə Silahlı Qüvvələri nümayəndələrinin iştirakı ilə Azərbaycan ərazində əməliyyat-taktiki təlimləri keçirilir.
Ekspertin sözlərinə görə, bu təlimlər Azərbaycanla-Türkiyə arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığın artan dinamika ilə inkişafının göstəricisidir:
"Azərbaycan Ordusunun gələcəkdə türk ordu modelinə keçməsi ilə bağlı belə təlimlərin sayında ciddi artım gözlənilir.
Bu təlimlər Türkiyə və Azərbaycan ordularının əməliyyat bölmələrinin qarşılıqlı fəaliyyətlərinin təkmilləşdirilməsi və hər iki ordunun döyüş qabiliyyətinin yüksəldilməsində mühüm əhəmiyyət daşıyacaq. Hazırlıqlar istənilən halda Azərbaycan-Türkiyə münasibətlərinin hərbi sahədə də inkişafına mühüm töhfə verəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region