Biz finaldayıq, sülh üçün ictimai rəy yetişib - Əziz Əlibəyli
Yusif Nəzərli
12:17 11.10.2023
Aktual
578
Sosial Tədqiqatlar Mərkəzi (STM) Azərbaycan və Ermənistan arasında sülh razılaşması istiqamətində müsbət dinamikanı nəzərə alaraq, bu məsələyə ictimai münasibəti öyrənmək məqsədilə sorğu keçirib.
STM-dən bildirilib ki, respondentlərə ünvanlanan “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyirsinizmi?” sualına verilən cavablara əsasən, cəmiyyətdə sülh müqaviləsinin imzalanmasına yüksək dəstək ifadə edilib. Belə ki, sorğu iştirakçılarının mütləq əksəriyyəti – 80,9%-i Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyib.
Respondentlərin 18,3%-i əks mövqedən çıxış edərək sülh müqaviləsinin imzalanmasını dəstəkləməyib. 0,8%-i bu suala rəyini bildirməkdə çətinlik çəkib.
Sorğunu “Sherg.az”a dəyərləndirən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli söyləyib ki, Azərbaycan cəmiyyəti sülhü dəstəkləyir:
"Bu o deməkdir ki, Azərbaycan cəmiyyəti münaqişənin bitdiyini və qalibiyyətin sülh müqaviləsi ilə əvəz olunması iradəsini özündə əks etdirən fikrin arxasındadır. Yəni müharibədən sonra sülhün gəlməsi təbii prosesi bizim cəmiyyətin reaktiv yanaşmasının özündə əks etdirir. Eyni zamanda şübhə yoxdur ki, həm siyasi, həm də ictimai rəy səviyyəsində sülh mesajlarının bir-birini tamamlaması Azərbaycanda sülhün böyük bir istiqamət tapmasına işarədir. Həmçinin bu gün sözügedən çağırışın Ermənistan mediasında kütləvi şəkildə tirajlanması və qarşılıq əldə etməsi bizim böyük uğurlarımızdan biridir. Yəni ömür boyu savaşmaq mümkün deyil. Çünki hər bir müharibənin kuliminasiyası var. Biz həmin finaldayıq və sülh müqaviləsinin imzalanması ilə bağlı real ictimai rəy yetişib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanın özünü ərzaqla təminetmə səviyyəsi bəlli oldu
17:15 23.10.2026
İqtisadiyyat
İran PA: Mühasirə səbəbindən ölkənin idxalı 25 faiz azalıb
17:12 23.10.2026
Dünya
İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək
16:58 23.10.2026
Gündəm
Yasamalda piyada səkisinin zəbt edilməsinin qarşısı alınıb - FOTO
16:56 23.10.2026
Hadisə
Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen
16:52 23.10.2026
Dünya
Putini təbrik edən ukraynalı deputata cinayət işi açıldı
16:39 23.10.2026
Dünya
İordaniyada kilsəyə silahlı hücum olub, 7 nəfər ölüb
16:29 23.10.2026
Dünya
Bəluclar Azərbaycana dəstək bəyanatı yaydı
16:24 23.10.2026
Gündəm
Əfqan Sadıqovun məhkəməsi başlayıb
14:26 23.10.2026
Cəmiyyət
Hindistan və Azərbaycan bu barədə razılığa gəldi
14:17 23.10.2026
Gündəm
Rusiya dizel yanacağının ABŞ-a tədarükü başlayıb
14:01 23.10.2026
Dünya
Milli Məclisin növbəti iclasının tarixi açıqlanıb
13:56 23.10.2026
Gündəm
Hərbi rütbələrin verilməsi qaydasına dəyişiklik edilir
13:44 23.10.2026
Hərbi
Şenol Günəşdən Sergen açıqlaması: “...Zaman göstərəcək”
13:32 23.10.2026
Futbol