Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçıları arasında telefon danışığı...
Yusif Nəzərli
04:52 05.10.2022
Aktual
534
ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında telefon danışığı aparılıb.
Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 19-da BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Nyu-Yorkda ABŞ dövlət katibinin təşkilatçılığı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşün, sentyabrın 27-də Vaşinqtonda ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın iştirakı ilə Azərbaycan Respublikasının Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında keçirilmiş görüşün, habelə Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə keçirilmiş avqustun 31-də görüşün nəticəsində xarici işlər nazirlərinə sülh müqaviləsinin mətninin hazırlanması barədə verilmiş tapşırığa uyğun olaraq Cenevrədə oktyabrın 2-də iki ölkənin xarici işlər nazirləri arasında aparılmış danışıqların davamı olaraq ABŞ dövlət katibinin iştirakı ilə sözügedən telefon danışığı yüksək qiymətləndirilib.
Nazir Ceyhun Bayramov telefon danışığı zamanı Cenevrə görüşünün təfərrüatlarını diqqətə çatdırıb. Cenevrə görüşü zamanı tərəfimizdən təklif olunmuş sülh müqaviləsinin elementlərinin əks olunduğu mətn üzrə danışıqların davam edəcəyinə dair gözləntilər vurğulanıb. Cenevrə görüşünün nəticələrinə uyğun olaraq, delimitasiya olunmamış sərhəddə baş vermiş son gərginliyi aradan qaldırmaq məqsədilə delimitasiya üzrə ikitərəfli komissiyanın növbəti iclasının oktyabr ayında keçirilməsi və bu məsələlərin komissiya çərçivəsində aparılmasına çağırış müsbət qarşılanıb. Nazir Ceyhun Bayramov Azərbaycanın bölgədə sülh və sabitliyin təmin olunmasına sadiq olduğunu və sülh müqaviləsinin imzalanmasına hazırlığını bir daha ifadə edib. Nazir eyni zamanda, post-münaqişə dövründə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli əhalinin reinteqrasiyası istiqamətində işlərin davam etdiriləcəyini diqqətə çatdırıb.
ABŞ dövlət katibi Entoni Blinken öz növbəsində tərəflərin hərbi toqquşmalardan çəkinməsinin, təklif olunmuş sülh müqaviləsi elementləri üzrə danışıqları sürətləndirmənin və delimitasiya üzrə komissiya çərçivəsində işləri davam etdirməyin vacib olduğunu vurğulayıb.
Üçtərəfli telefon danışığı zamanı normallaşma prosesinin digər istiqamətləri üzrə fikir mübadiləsi aparılıb, məsələlər üzrə əsaslı irəliləyiş əldə etmək məqsədilə təmasların davam etdirilməsinə razılıq bildirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın neft naziri istefa verib
21:35 04.10.2026
Region
Merts Ukraynaya 1,35 milyard avro yardım vəd edib
21:22 04.10.2026
Dünya
Ardıcıl 3 zəlzələ: Naci Görürdən kritik xəbərdarlıq - “Yaxınlaşır”
20:34 04.10.2026
Hadisə
2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar
20:19 04.10.2026
Gündəm
Merts Ukraynaya 1,35 milyard avro yardım vəd edib
20:04 04.10.2026
Dünya
Tramp süni intellektlə bağlı yeni federal işçi qrupu yaradıb
19:47 04.10.2026
Dünya
Tasnim: İran İraqla hava əlaqəsini bərpa edib
19:33 04.10.2026
Dünya
Millətlər Liqası: Azərbaycan Litvanı Bakıda məğlub etdi
19:07 04.10.2026
Futbol
Əhməd Yusifov dünya çempionu oldu
19:07 04.10.2026
İdman
Braziliyada seçki mübarizəsi gərginləşib
19:05 04.10.2026
Dünya
Bakıda mənzildə meyit tapılıb
18:37 04.10.2026
Hadisə
Gonca Cilasun rol üçün 8 kilo arıqladı
18:31 04.10.2026
Mədəniyyət
Gəncədə iki nəfər zəhərlənib
18:19 04.10.2026
Hadisə
Sentyabr ayında Yerdə iki yeni ada yaranıb
18:14 04.10.2026
Maraqlı
Saytı dünyada ən çox ziyarət edilən futbol klubu AÇIQLANDI
18:04 04.10.2026
Futbol
Kaşpirovskiinin oğlu atasının dəfninə gəlməyəcək
17:24 04.10.2026
Dünya