
Böyük dövlətlər və beynəlxalq təşkilatlar mina terrorunu görməzdən gəlirlər - Partiya sədri
09:59 09.10.2022
Aktual
730
"İşğaldan azad edilmiş ərazilərimizdə iki dəfə mina partlayışı baş verib. Söhbət Ağdam-Füzuli avtomobil yolunun inşası zamanı Ağdamın Yusifcanlı kəndində baş verən mina partlayışından və Fizuli rayonunda yol-tikinti təsərrüfatında işləyən traktorun minaya düşməsindən gedir".
"Sherg.az"ın xəbərinə görə, bunu Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib.

Partiya rəhbəri qeyd edib ki, Yusifcanlı kəndində qeydə alınan partlayış nəticəsində üç nəfər xəsarət alıb:
"Minaya düşən şəxslər yol tikintisi işlərini həyata keçirən şirkətin əməkdaşlarıdır. Onlar Bərdə Diaqnostika Mərkəzinə yerləşdiriliblər və əməliyyat olunublar. Fizuli rayonunda baş verən mina partlayışı nəticəsində isə xoşbəxtlikdən heç kim xəsarət almayıb, sadəcə traktora ziyan dəyib. Amma hər iki partlayışın nəticəsi gözlənildiyindən daha ağır da ola bilərdi. Dünya birliyi bilməlidir ki, ermənilərin istər 30 illik işğal dönəmində, istərsə də 44 günlük İkinci Qarabağ müharibəsindən sonra ərazilərimizdə basdırdıqları minalar nəticəsində son iki ildə artıq 250 nəfərdən çox mülki vətəndaşımız və hərbçilərimiz ya həlak olub, yadaki ağır xəsarət alıb, şikəst olub. Bəli, Praqa görüşündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin yerli media nümayəndələrimizə müsahibəsi zamanı qeyd etdiyi kimi erməni terroru bu gün də davam edir. Ermənilər tərəfindən basdırılan minalar günahsız insanlarımıza zərər verir. Mina terroru da terrorizmin başqa bir üzüdür".
Ə.Hüseynov bəyan edib ki, əfsuslar olsun ki, Ermənistanın "vəkil"liyini edən böyük dövlətlər və beynəlxalq təşkilatlar isə bu ölkənin Azərbaycana qarşı mina terrorunu davam etdirməsini görməzdən gəlirlər:
"Onlar Ermənistanın diversiya qruplarının Azərbaycan ərazilərində mina yerləşdirməsini pisləmək və "Minalara son!” demək əvəzinə, Azərbaycana təzyiq göstərməyə, ölkəmizə qarşı əsassız ittihamlar səsləndirməyə üstünlük verirlər. Çünki beynəlxalq hüquq, ədalət anlayışları nə yazıq ki, artıq çoxdan deformasiyaya uğrayıb. Lakin hər şeyə rəğmən biz ermənilərin mina terrorunu ifşa etməyə, Ermənistanın havadarlarını fakt qarşısında qoymağa davam etməliyik. Çünki hətta ən qatı ermənipərəst çevrələr və liderlər də təkzibedilməz faktlar qarşısında aciz qalanda geri çəkilməli və həqiqəti etiraf etməli olurlar. Biz son iki ildə dəfələrlə bunun şahidi olmuşuq. Odur ki, hücum diplomatiyamızı və əks təbliğatımızı eyni intensivliklə davam etdirməliyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə
Rusiya ilə Ermənistan arasında yükdaşımalar kəskin artıb
11:11 02.09.2026
Region
Bəzi tələbələrə 2000 manat MÜKAFAT VERİLƏCƏK - FOTO
11:11 02.09.2026
Elm və Təhsil
Mal əti bahalaşdı
11:05 02.09.2026
İqtisadiyyat
Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb
11:02 02.09.2026
Hadisə
Boşanma qaydaları dəyişir: 3 mühüm yenilik hazırlanır
10:40 02.09.2026
Cəmiyyət
SON DƏQİQƏ: İran ABŞ-nin hərbi bazalarını vurdu - 4 ölkə hədəfdə
10:01 02.09.2026
Gündəm