Böyük Qayıdış yüksək səviyyədə təmin olunacaq
Turan
06:22 18.08.2021
Aktual
483
Prezident Azərbaycanın strateji hədəflərini tam dəqiq və dolğun surətdə ifadə etdi
“Prezident, Ali Baş Komandan İlham Əliyevin “CNN Türk” televiziya kanalına müsahibəsində ifadə etdiyi fikirlər çox mühüm məsələlərin üzərinə işıq salır”. Bu barədə Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev deyib. Vitse-spiker bildirib ki, Prezident müsahibədə strateji əhəmiyyətə malik önəmli məsələlərə toxunub. Yeni reallıqlar fonunda qalib dövlətimizin qətiyyətli mövqeyini növbəti dəfə əminliklə bəyan edib:
“Əlbəttə, bu, ilk növbədə, dövlətimizin başçısının müəyyənləşdirdiyi hücum diplomatiyasının tərkib hissəsi olan milli və qlobal məzmunlu informasiya strategiyasının ardıcıl olaraq reallaşdırılması baxımından çox önəmlidir. Prezident müsahibədə postmüharibə dövrünün reallıqları və yeni mərhələdə Azərbaycanın strateji hədəflərini, spesifik yanaşmasını və prinsipial mövqeyini tam dəqiq və dolğun surətdə ifadə etdi. Bir daha bəlli oldu ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışı yüksək səviyyədə təmin etmək əzmindədir. Təbii ki, həmin ərazilərdə infrastruktur quruculuğunun həyata keçirilməsi, minatəmizləmə işlərinin aparılması müəyyən zaman tələb edir. Amma Prezidentin siyasi iradəsi, ölkəmizin maliyyə-iqtisadi imkanları, səmərəli beynəlxalq əlaqələri və tərəfdaşlıq münasibətləri bu hədəfə çatmağa imkan verir. Bunlarla yanaşı, digər bir vacib və aktual məsələ Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasıdır. Postmüharibə dönəmində də üstün geosiyasi iradə nümayiş etdirən qalib Azərbaycan sülh müqaviləsinin imzalanması tərəfdarı kimi çıxış edir. “Biz istəyirik Ermənistanla sülh müqaviləsi imzalansın. Ermənistan və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü tanısınlar və sərhədlərin delimitasiyası prosesi də başlasın” deyən Prezident Azərbaycanın dəyişməz və konkret mövqeyini ifadə edib. Amma Ermənistan bu məsələdə konkret mövqe, vahid yanaşma ortaya qoymayıb. Bu da məğlub ölkənin siyasi qeyri-müəyyənlik vəziyyətində olduğunu göstərir. Ancaq 44 günlük müharibədən sonra şərtləri qalib Azərbaycanın diktə etdiyi hazırkı geostrateji reallıqlar fonunda Ermənistanın konstruktiv mövqe sərgiləməkdən başqa şansı yoxdur. Bu ölkə ərazi iddiasından əl çəkərək Azərbaycanın ərazi bütövlüyünü tanımalı, sərhədlərin demarkasiyası və delimitasiyası ilə əlaqədar konkret işlər görməli, sülh müqaviləsinə hazırlıq işlərinə başlamalıdır”.
Parlament üzvü vurğulayıb ki, Ermənistanın qarşısında duran birinci dərəcəli strateji öhdəlik 10 noyabr üçtərəfli Bəyanatın bütün şərtləri və tələblərinə zamanında, tam və qeyd-şərtsiz əməl etməkdir: “Biz görürük ki, məğlub ölkə vaxtaşırı hərbi-siyasi təxribatlar törətməklə regionda təhlükəsizlik mühitini hədəfə almağa, vəziyyəti gərginləşdirməyə çalışır. Eyni zamanda, Rusiyanın sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərə Ermənistandan silahlar və hərbçilər göndərilir ki, bu da yolverilməzdir. Bütün bunlar Avrasiya geosiyasi məkanının çox mühüm strateji həlqəsi olan Cənubi Qafqaz regionunda uzunmüddətli sülh və təhlükəsizlik mühitinin yaradılmasına, çoxşaxəli işbirliyinin təmin olunmasına qarşı siyasi provakasiyalardır. Azərbaycanın hazırkı mərhələdə Rusiyadan da gözləntisi üçtərəfli Bəyanatın bütün müddəalarının yerinə yetirilməsidir”.
A.Əliyev qeyd edib ki, daha bir əhəmiyyətli məsələ Azərbaycanın yaratdığı reallıqların Cənubi Qafqaz regionunda yeni genişmiqyaslı əməkdaşlıq imkanları formalaşdırmasıdır:
“Burada bir çox vacib məqam var. Bunlardan biri bölgədə kommunikasiya xətlərinin bərpası, yeni nəqliyyat qovşağının yaradılmasıdır. Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi çox mühüm əhəmiyyətə malikdir. Bu geostrateji koridor həm Cənubi Qafqaz regionunda, həm də Asiyadan Avropaya doğru geniş miqyasda əməkdaşlığın dərinləşməsinə, sıx işbirliyinin formalaşmasına mühüm töhfə olacaq. Digər tərəfdən, Azərbaycan Cənubi Qafqazda 3+3 formatını da dəstəkləyir, bu kontekstdə öz üzərinə düşən strateji vəzifələri yerinə yetirmək əzmindədir. Nəticə etibarilə, strateji imkanlarından səmərəli istifadə edən Azərbaycan nüfuzlu və güclü aktor kimi Cənubi Qafqazı beynəlxalq işbirliyi məkanına çevirir. Bu isə regional təhlükəsizlik və qlobal əməkdaşlıq baxımından da çox önəmli olmaqla yanaşı, ölkəmizin beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinə, dünya siyasətində yüksəlişinə, yeni geostrateji üstünlüklər qazanmasına xidmət edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə F-16 qəzaya uğrayıb, pilot sağ qalıb
16:36 12.08.2026
Hadisə
OPEC Azərbaycanın iyulda neft hasilatını açıqladı
16:19 12.08.2026
İqtisadiyyat
Xavi Niderland millisini çalışdıra bilər
15:49 12.08.2026
Futbol
Rusiya-Qərb qarşıdurmasında YENİ CƏBHƏ: Tanker ovu başlayır!
15:44 12.08.2026
Aktual
İran ABŞ ilə atəşkəsdən imtina etdi
15:20 12.08.2026
Dünya
Öcalan PKK-nı Türkiyəyə təslim olmağa çağıracaq
14:25 12.08.2026
Dünya
Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar
13:55 12.08.2026
Hadisə
Qırğızıstanda güclü zəlzələ baş verdi
13:45 12.08.2026
Hadisə
Putindən sərt xəbərdarlıq: Etməyə məcburuq
13:30 12.08.2026
Dünya
Ötən ay 1 200-dən çox kommersiya qurumu qeydiyyatdan keçib
13:29 12.08.2026
İnfrastruktur
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq
13:27 12.08.2026
Ölkə
Nərminə Mustafayeva Azərbaycanın Latviyadakı səfiri təyin edilib
13:18 12.08.2026
Gündəm