Brüsseldə liderlərin növbəti görüşü gözlənilir
Yusif Nəzərli
14:08 09.05.2023
Aktual
528
Rusiya isə Qərbin vasitəçiliyi ilə Azərbaycan-Ermənistan sülh müqaviləsini özünə təhdid hesab edir
“Həlledici döyüş qabaqdadır. Güc mərkəzlərinin regionda mübarizəsi daha kəskin xarakter alacaq"
Mayın 14-də Prezident İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın Brüsseldə görüşəcəyi barədə xəbərlər yayılıb. Məlumata əsasən, danışıqlar Avropa Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə aparılacaq və üçtərəfli görüş şəklində olacaq. Brüsseldə baş tutacaq görüş ölkələr arasında önəmli proqresin əlaməti kimi şərh olunur. Hər üç liderin iyunun 1-də Moldovada keçiriləcək Avropa Siyasi İcması sammiti çərçivəsində Almaniya Kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makronla görüşü də planlaşdırılır. Xatırladaq ki, yaxın günlərdə Azərbaycan və Ermənistan rəhbərliyinin Rusiyada bir araya gələcəyi də bildirilib. Rusiya XİN sözçüsü Mariya Zaxarova tərəflərin Moskvada görüşlə bağlı razılıq verdiklərini deyib.
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, politoloq Samir Əsədli "Şərq"ə açıqlamasında diqqətə çatdırıb ki, əgər əvvəllər tərəfləri ancaq Moskva bir araya gətirirdisə, indi Avropa İttifaqı və ABŞ da aktiv vasitəçi rolunda çıxış edir. Politoloq vurğulayıb ki, bu, səbəbsiz deyil. Çünki Cənubi Qafqaz Qərblə Rusiyanın mövqelərinin üst-üstə düşdüyü azsaylı bölgələrdən biridir:
"Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasını Türkiyə də dəstəkləyir və tərəflərlə danışıqlar aparır. Ermənistanın Qərblə münasibətlərini sıxlaşdırması, KTMT, Avropa İttifaqı seçimində ikinciyə üstünlük verməsi, habelə sülh danışıqlarında Moskvanın arbitr rolundan imtina etməsi Kremli Azərbaycandan ikiəlli yapışmağa vadar edir. Ermənistanın Qarabağ mövzusunun sülh razılaşmasına daxil etmək tələbindən geri çəkilməsi kompromislər yolu ilə sülh razılaşmasının imzalanmasını mümkün edir. Bu addım atıldıqdan sonra sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiyaların açılması ilə bağlı danışıqlar başlaya bilər. Sözsüz ki, Qərb bu prosesdə yaxından iştirak edəcək. Amma sülh razılaşması Qarabağ problemini çözməyəcək. Rusiya hələ ki, regionda güclüdür və öz imkanlarını nümayiş etdirərək, prosesi tam inhisara alıb. Hazırkı şəraitdə Qərbin Xankəndidəki separatçı rejimə təzyiq imkanları azdır. Eləcə də Ermənistan hakimiyyəti kifayət qədər məhdud resurslara malikdir".
S.Əsədliyə görə, separatçılar məsələsi Bakı ilə Moskva arasında müzakirələrin nəticəsinə uyğun olaraq həllini tapa bilər: "Əlbəttə, prosesin növbəti dəfə pozulması riskləri də kifayət qədər ciddidir. İlk növbədə Qərbin səyləri və təzyiqlərinə baxmayaraq, tərəflərin kompromisə getməməsi gərginliyi artıracaq.
İkincisi, Rusiya-Ermənistan münasibətlərində böyüyən çat nəinki sülh prosesinin, ümumiyyətlə, Ermənistanda siyasi sabitliyin pozulmasına gətirib çıxara bilər. Rusiya Qərbin vasitəçiliyi ilə Azərbaycan-Ermənistan sülh müqaviləsini özünə təhdid hesab edir. Rəsmilər dəfələrlə bəyan ediblər ki, bu, Qərbin regiona gəlişini şərtləndirir və ona imkan vermək niyyətində deyillər. Bir sözlə, həlledici döyüş qabaqdadır. Güc mərkəzlərinin regionda mübarizəsi daha kəskin xarakter alacaq".
Oxşar xəbərlər
AZAL-da böyük dəyişikliklər? - Regional hava limanları xarici operatorlara verilə bilər
18:16 02.07.2026
Türkoloji Qurultayda iki Türk alimi - Əli bəy Hüseynzadə və Fuad Köprülü Bakıda nə söylədi?
20:59 30.06.2026
Xəbər lenti
Hamısına bax
SEPAH İrana keçən kürd silahlı qrupunun məhv edildiyini açıqlayıb
20:45 02.07.2026
Region
Ermənistanda 2,4 bal gücündə zəlzələ baş verib
20:33 02.07.2026
Dünya
Niderland Ukraynaya qoşun göndərməyə hazırdır
19:58 02.07.2026
Dünya
Xamenei həyat yoldaşının vida mərasiminə qatılmadı - Müəmma
19:42 02.07.2026
Region
Özbəkistan Prezidenti Gürcüstana səfər edib
19:35 02.07.2026
Gündəm
Azərbaycanda “kağızsız hökumət” modeli qurulur - RƏY
19:19 02.07.2026
Gündəm
Paşinyan Koçaryandan danışıb: Hamısı həbs olunacaq
19:18 02.07.2026
Cənubi Qafqaz
Xalq şairi Nəriman Həsənzadənin son durumu açıqlandı
18:37 02.07.2026
Ədəbiyyat
Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb
18:00 02.07.2026
Siyasət
Azərbaycan HHQ komandanı Türkiyədə səfərdədir
17:52 02.07.2026
Hərbi
Dəməşqdə kafedə partlayış baş verib - Ölən və yaralananlar var
17:40 02.07.2026
Gündəm
Ukrayna ilk dəfə öz ballistik raketindən istifadə etdi
17:33 02.07.2026
Dünya
İnternet sürətində sıçrayış gözlənilir
17:33 02.07.2026
Texnologiya