“Budəfəki hərbi əməliyyatlar lokal xarakter daşımayacaq” - Cavab atəşi
Banuçiçək Kalbalıyeva
11:06 21.09.2020
Aktual
1510
“Ermənistan Azərbaycanın onlara düşündüklərindən daha ciddi zərbə vura biləcəyini anlamalıdır”
Sentyabrın 20-də saat 23:15 radələrində Azərbaycanın Qərb zonasında güclü partlayış səsi eşidilib. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, həmin vaxt ardıcıl iki güclü partlayış səsi duyulub.
Yayılmış rəsmi məlumatlara görə, qeyd edilən saatda Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatını Azərbaycan hərbi qüvvələri məhv edib. Vurulan PUA əraziyə düşərək partlayıb. Amma, təəssüf ki, itkimiz də olub. Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu düşmənin növbəti təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub.
Erməni təxribatları səngimir, bizim səbrimiz isə getdikcə tükənir. İndi hər birimizin könlü əsgərlərimizin yanındadır...
Dünən Şəmkirdə baş verən hadisələri “Sherg.az”a təhlil edən “Xalq cəbhəsi” qəzetinin baş redaktoru, siyasi ekspert Elçin Mirzəbəyli təxribatların arxasında dayanan məqsədi açıqlayıb:
“Düşmən Azərbaycanı qıcıqlandırmaq istəyir. Təxribatların təmas xəttində deyil, məhz sərhədyanı bölgələrdə törədilməsi təsadüfi deyil. Burada əsas məqsəd üçüncü tərəfin münaqişəyə cəlb edilməsidir. Həmçinin ermənilər diqqəti Dağlıq Qarabağdan yayındıraraq regionda yeni münaqişə zonasının yaradılması və hərbi gərginliyi başqa əraziyə köçürmək niyyətindədirlər.
Odur ki, düşmənə ən sərt cavablar verilməlidir. Düzdür, texnikanın məhv edilməsi çox mühümdür. Amma ordumuz düşmənin canlı qüvvəsini də sıradan çıxarmaq naminə bütün mümkün addımları atmalıdır. Ermənistan Azərbaycanın onlara düşündüklərindən daha ciddi zərbə vura biləcəyini anlamalıdır”.
E.Mirzəbəyli geniş miqyaslı hərbi əməliyyatları da istisna etmir:
“Nə qədər ki, torpaqlarımız azad olunmayıb və nə qədər ki, beynəlxalq vasitəçilər münaqişənin həlli istiqamətində heç bir rol oynamırlar, deməli, müharibə ehtimalı hər an var. Bəli, həmsədrlər baş verənlərə reaksiya göstərmirlər. Ölkə prezidenti bu günlərdə televiziya kanallarına verdiyi müsahibədə Ermənistanın müharibəyə hazırlaşdığına dair məlumatların olduğunu dedi.
Biz də hərbi əməliyyatlara hazırıq. Münaqişə davam etdikcə, Azərbaycan da lazımli cavablar verməyə məcbur qalacaq. Bu isə hərbi əməliyyatların lokal xarakter daşımayacağı ehtimalını artırır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
16:01 08.10.2026
Gündəm
Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb
15:54 08.10.2026
Hadisə
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib
15:31 08.10.2026
Cəmiyyət
Rusiya Ermənistana Fransa ilə bağlı xəbərdarlıq etdi
15:05 08.10.2026
Dünya
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
14:59 08.10.2026
Dünya
Alimləri təəccübləndirən KƏND: Ölümsüzlüyün sirrini tapıblar?
14:57 08.10.2026
Sağlamlıq
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
14:49 08.10.2026
Hərbi
ADY Çindən bu il 416 blok-qatar qəbul edib
14:01 08.10.2026
İqtisadiyyat
Husilər Türkiyə PUA-sını vurdular
13:51 08.10.2026
Dünya
Putin İlham Əliyevlə görüşəcək
13:07 08.10.2026
Gündəm
40 minədək şəxsə əlillik təyin olunub
13:01 08.10.2026
Sosial
Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
12:53 08.10.2026
İnfrastruktur