Bütün hərbi arsenal modernləşəcək
Turan
08:59 09.04.2021
Aktual
683
Ordunun "Türkiyə modeli"nə keçidi həm də NATO standartlarına uyğunlaşma anlamına gəlir
“Türkün yumruğu erməninin başına endirildi. Bu qalibiyyət tarixə qızıl hərflərlə yazılacaq”. Bunu Türkiyənin Milli müdafiə naziri Hulusi Akar Azərbaycan Müdafiə naziri Zakir Həsənovla videoformatda görüşü zamanı deyib. Nazir bildirib ki, tarixi və mədəni baxımdan hər zaman bir-birinə bağlı olan iki qardaş ölkə keçmişdə olduğu kimi indiki dövrdə də yan-yanadır. Akar çıxışı zamanı mühüm məqama da toxunub və Azərbaycan Ordusunun yenidən formalaşacağının anonsunu verib.
Nazir vurğulayıb ki, Azərbaycan Ordusunun dövrün tələblərinə uyğun yenidən qurulması, modernizasiya edilməsi və iki qardaş ölkənin silahlı qüvvələrinin gələcəkdə də birlikdə fəaliyyət göstərməsi üçün “Yol xəritəsi” hazırlanıb və reallaşdırılmasına başlanılıb. Xatırladaq ki, Prezident İlham Əliyev bir müddət Türkiyədən yeni silahların alınacağını bildirmişdi. Dövlət başçısı qeyd etmişdi ki, Azərbaycan Ordusu daha güclü və müasir olmalıdır: “Türk Silahlı Qüvvələrinin modeli bizim üçün ən məqbul modeldir. Bundan sonra bu istiqamətdə bərabər çalışacağıq”.
Hərbi ekspert Ədalət Verdiyev “Şərq”ə açıqlamasında bildirib ki, Azərbaycan Ordusunun modernizasiyası prosesinə ölkə rəhbəri İlham Əliyevin “Türkiyə modelinə keçəcəyik” bəyanatından sonra başlanılıb:
“Türkiyə modelinin qəbul edilməsi həm orudunun ştat strukturunun, həm də texniki vasitə və avadanlıqlarının uyğunlaşdırılması ilə həyata keçiriləcək. Nazirin “Yol xəritəsi”nin hazırlanması və reallaşdırılmasına başlanıldığı barədə sözləri prosesin ştat-struktur dəyişiklikləri ilə müşayiət olunduğunun ilk siqnalı hesab oluna bilər. Burada əldə olunacaq yeni silah-sursat və texnikaların, həm də bu silahların bölmələrin heyətlərinin sayına, tərkibinə və təyinatına uyğunlaşdırılması nəzərdə tutulur.
Əgər ordumuzda “Türkiyə modeli”ndən bəhs ediriksə, bu həm silah-sursat, həm də struktur baxımından NATO standartlarına uyğunlaşma anlamına gəlir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gürcüstan Rusiya ilə sərhədi bağladı
18:01 13.08.2026
Cənubi Qafqaz
Abituriyentlərin gələcəyi biznesə çevrilib - Ekspert
17:55 13.08.2026
Elm və Təhsil
İran və ABŞ qapalı danışıqlar aparır
17:47 13.08.2026
Gündəm
İnfantino DÇ-2030-da 64 komandanın iştirakını istəyir
17:27 13.08.2026
Dünya
Ukraynalı polkovnikin külü Rotterdamdan Kiyevə gətirildi
17:20 13.08.2026
Dünya
Tufandağ buzlağının ekosistemində dəyişikliklər qeydə alınıb
17:13 13.08.2026
Ekologiya
SEPAH: Hörmüz boğazı tamamilə İranın nəzarəti altındadır
17:06 13.08.2026
Gündəm
Pişiklər bizə nə öyrədir? - Olduqca maraqlıdır
16:53 13.08.2026
Maraqlı
Husilər Yəməndə hökumət qüvvələrinə dron zərbəsi endirib
16:43 13.08.2026
Dünya
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı
16:43 13.08.2026
Gündəm
Xəzər dənizi geri çəkilir - Problemlər getdikcə artır
15:56 13.08.2026
Ekologiya
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq