Canilər saxlanılacaq, mühakimə olunacaq - Musa Quliyev
Yusif Nəzərli
10:41 02.08.2023
Aktual
457
Samvel Babayan da Azərbaycandan əfv, amnistiya istəyir
“Bəs qətlə yetirdikləri, əzab, işgəncə verdikləri Meşəli sakinlərinin əzablarının bədəlini kim və nə ilə ödəyəcək?”
"Meşəli soyqırımının təşkilatçı və icraçılarından biri Vaqif Çerkezoviç Xaçaturyanın Beynəlxalq Qırmızı Xaç Təşkilatının maşınında Ermənistana qaçarkən Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb həbs edilməsi Ermənistanda böyük hay-küyə səbəb olub. Ermənistanda XİN bəyanat yayıb, QHT şivən qaldırıb, İrəvanda mitinqə başlayırlar. Məncə, ağlaşma qurmaqdansa, Ermənistanda belə həbslərə yavaş- yavaş öyrənməlidirlər".
Bu sözləri millət vəkili Musa Quliyev deyib. Deputat bildirib ki, Vaqif Xaçaturyan kimi digər canilər saxlanılacaq, mühakimə olunacaq və həbs ediləcəklər. Cinayət cəzasız qalmamalıdır və qalmayacaq:
"İndi "xəstəyəm" deyib göz yaşı tökən qoca quldur gərək bu aqibətini 32 il öncə Meşəli kəndində qətliam törədəndə, məktəb şagirdləri də daxil olmaqla kənd sakinlərini yandıranda, güllələyəndə düşünərdi. Vaqif Xaçaturyanın XAÇ atası və şefi olmuş daha "böyük kaliberli" cani Samvel Babayan isə müsahibə verərək "məni də tutacaqlar" deyir. Azərbaycandan ümumi əfv, amnistiya istəyir. Bəlkə də dünyada belə təcrübələr olub. Bəs qətlə yetirdikləri, əzab, işgəncə verdikləri Meşəli sakinlərinin əzablarının bədəlini kim və nə ilə ödəyəcək? Xaçaturyanın başqa bir yöntəmdə XAÇ atası da Laçın yolundan humanitar yük adı altında təxribat karvanının keçirilməsinə dəstək üçün Qərbdən gəlmiş bir sürü siyasətbazlardır.
Elə Xaçaturyanın saxlanılması faktının özü bir sübutdur ki, Laçın yolu açıqdır və Azərbaycanın sərhəd-nəzarət buraxılış xidməti Qarabağdan Ermənistana gedənlərə qanun daxilində şərait yaradıb. O ki qaldı ermənilərin xaç atalarının qarınlarının ağrısına ki, "niyə Ermənistandan gələn maşın karvanı Qarabağa buraxılmır?", bu oyunlara da son qoymağın vaxtı çatıb. Hər kəs bilməlidir ki, Azərbaycan suveren dövlətdir və onun ərazisinə yalnız bu dövlətin müəyyən etdiyi qaydalar və şərtlər çərçivəsində daxil olmaq mümkündür. Digər tərəfdən, Azərbaycana heç bir ölkənin, xüsusilə də özü yardım dilənən Ermənistanın humanitar yardımı gərək deyil. Eyni zamanda aydın şəkildə hər kəsə bəyan edilib ki, humanitar yardım Ağdam-Xankəndi yolu ilə aparılacaq. Əgər Avropadan tökülüb gələn deputatlar və digər siyasilər bu sadə həqiqəti anlamırsa, yaxud anlayıb qəbul etmirlərsə, deməli, niyyət heç də Qarabağdakı ermənilərin halına ağlamaq məsələsi deyil".
Parlament üzvü vurğulayıb ki, Xaçaturyan Bakıya gətirilən kimi müayinə və müalicə olunmaq üçün hospitala yerləşdirilib, humanist Azərbaycan həkiminin nəzarəti altındadır: "Əli qanımıza batan Xaçaturyanları gecə ikən ziyarət edən qırmızı xaçlılar 1991- 94-cü illərdə harada idi? Qırmızı Xaç niyə demir ki, 4 min əsir və girov azərbaycanlıdan indiyə qədər bir xəbər yoxdur. Qarabağda toplu məzarlıqlarda aşkar olunan sümüklərdən utanmır Xaçlılar? Qırmız Xaç buralarda ikən Meşəli sakinlərini də dinləsin. Çox da uzağa getməsinlər, elə buralarda hərlənsinlər, bir azdan digər cani və qatilləri də yaxalayıb gətirəcəyik. Xocalı qatili Xaçaturu da gətirəcəyik. "Ruhumuzun dirçəlişi" adlı "əsəri"ndə törətdiyi qanlı cinayətlərdən bir sadizm xəstəsi kimi həzz ala- ala bəhs edən Zori Balayanı da! Qansız cinayətləri, vəhşilikləri törədənlər düşünmürdülər ki, ah-nalə yerdə qalmayacaq? Bilmirdilərmi ki, qisas qiyamətə qalmaz və qurd qisasının dalınca qiyamətə qədər gedəcək! Bilmirdilərsə, indi bilsinlər, həmin gün gəlib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Harri Keyn Peleni keçdi
02:12 02.07.2026
Futbol
SEPAH-a 100 milyon barrel neft ayıra bilərik - Pezeşkian
01:40 02.07.2026
Dünya
Rütte: Ağ Ev Avropanın İran məsələsindəki mövqeyindən narazıdır
00:50 02.07.2026
Dünya
Venesuelada birhəftəlik matəm elan edildi
23:56 01.07.2026
Dünya
Pezeşkian: İran hökuməti Müctəba Xameneiyə tabedir
23:33 01.07.2026
Region
İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar
23:15 01.07.2026
Hadisə
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm