
"COP Azərbaycan üçün iqtisadi üstünlüklər və dividentlər gətirəcək"- Vüqar Bayramov
Yusif Nəzərli
14:29 11.11.2024
Aktual
522
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyasının açılış mərasimi başlayıb. Bütövlükdə, COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi bir daha təsdiq edirdi ki, ölkəmizin bu sahədəki fəaliyyəti BMT daxil olmaqla, beynəlxalq və qlobal təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan regionda yaşıl enerjinin inkişafına ən çox investisiya edən ölkələrdən biridir. Son illər bu sahəyə yönəlmiş sərmayələrin həcmi 1 milyard dollardan artıqdır. COP29 bir sıra istiqamətlərdə - Azərbaycanın iqtisadiyyatı, eyni zamanda, Azərbaycanın yaşıl enerji sahəsində həyata keçirdiyi fəaliyyətlərin təqdimatı baxımından da çox vacibdir.

Milli Məclisin deputatı Vüqar Bayramov da "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycanın yaşıl enerji sahəsində bir sıra aparıcı şirkətlərlə, o cümlədən beynəlxalq qurumlarla əməkdaşlıq edir və digər tərəfdən ölkəmizin yaşıl enerjinin istehlakda payı ilə bağlı bəlli hədəfləri var:
"Bu hədəflərin reallaşması istiqamətində intensiv addımlar atılır. Eyni zamanda, Azərbaycan, həm də Gürcüstan və Qara dəniz vasitəsilə Avropaya öz yaşıl enerjisini ixrac etmək niyyətindədir. Bu da ondan xəbər verir ki, 2026-cı ildən sonra Azərbaycan Avropa İttifaqının yaşıl enerjiyə olan tələbinin ödənməsində xüsusi paya malik olacaq. Bu istiqamətdə də çox sürətli işlər həyata keçirilməkdədir. Belə tədbirlər bir tərəfdən turizm-xidmət sektorunun dəstləklənməsi və inkişafına xidmət edir, digər tərəfdən isə ölkənin iqtisadi potensialı ilə daha yaxından tanış olmağa fürsət yaradır".
V. Bayramovun sözlərinə görə, COP29-un Bakıda təşkilinin iqtisadi dividentlərinə gəldikdə isə COP turizm və xidmət sektorunun gəlirliyini artırmaqla yanaşı həm də sərmayələrin cəlb edilməsi baxımından vacibdir:
"Bu praktik olaraq, həm Azərbaycan iqtisadiyyatının potensialını təqdim etmək imkanı verəcək, həm də bu ölkəmiz üçün birmənalı şəkildə yeni sərmayələr və xüsusən də xarici sərmayələrin cəlbi baxımından səmərəli olacaq. Nəzərə alsaq ki, Cənab Prezident yeni dövrün yeni hədəflərini müəyyənləşdirən zaman xarici sərmayələrin cəlb edilməsini əsas istiqamətlərdən biri kimi qeyd etmişdi. Xüsusən də qeyri-neft sektoruna xarici sərmayələrin cəlb edilməsi vacibdir. COP Azərbaycan üçün iqtisadi üstünlüklər və dividentlər gətirəcək".
Qeyd edək ki, Azərbaycanda bərpaolunan enerjinin quruda iqtisadi potensialı 27 QVt təşkil edir, o cümlədən külək enerjisi üzrə 3 QVt, günəş enerjisi üzrə 23 QVt, bioenerji, geotermal və kiçik çaylarının birgə potensialı 1 QVt həcmində qiymətləndirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu il 44 min uşaq bağçalara qəbul olunub
18:14 24.08.2026
Elm və Təhsil
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual
Rusiyadan açıq hədə: Növbədə bu ölkələrdir
18:10 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
18:01 24.08.2026
Region
Rusiyada səfərbərliyə hazırlıq gedir
17:55 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
17:52 24.08.2026
Region
Tramp: İran tamamilə çökür
17:47 24.08.2026
Dünya
Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!
16:40 24.08.2026
Sağlamlıq
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya