Deputat: 65 yaş məsələsi ciddi problemə çevrilib

"65 yaş məsələsi ciddi problemə çevrilib. Elə məqamlar olur ki, həmin anda başa düşmək olmur. Əgər şəhid ailə üzvlərinin və şəhid valideynlərinin 65 yaşı tamam olubsa, gözləmək lazım deyil ki, şəhid valideyni işləmək hüququnun bir il də artırılması ilə bağlı müraciət etsin".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib. O bildirib ki, şəhid valideyni vətən üçün qəhrəman yetişdirib:

"Şəhid anası və atası ən yaxşı vətənpərvər uşaqları yetişdirə bilər. Onların orta məktəb və ali təhsil müəssisələrində işlələrini təmin etməliyik. Hətta qanunvericilikdə dəyişiklər edib normalar müəyyən etməliyik ki, həmin şəxslər müraciət etməsinlər. Aidiyyəti qurumlara müraciət etdik, amma mən özüm də utandım. Düzdür, qurumlar müraciətə operativ yanaşdı, amma dərsə 1 gün qalmış şəhid anası bildi ki, ona dərs saatı verməyiblər. Bunu kökündən həll etməliyik".