
Deputat: İlham Əliyev hər şeyi zərgər dəqiqliyi ilə fikirləşir və həll edir
Yusif Nəzərli
12:54 21.04.2024
Aktual
494
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə razılıq əldə olunub. Delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanis Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrimli (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.
Sözügedən məsələ ilə bağlı “Sherg.az”a danışan milli məclisin deputatı Tahir Rzayev bildirib ki, 44 günlük müharibədə qazanılan qələbə, lokal xarakterli antiterror tədbirləri və Qazaxın 4 kəndinin qaytarılması barədə razılığa gəlinməsi Cənab Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən siyasətin bəhrəsidir:
“Ölkə rəhbəri dəfələrlə bəyan edib ki, “ hər şeyin öz vaxtı var və nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”. Bundan sonra baş verən proseslər göstərdi ki, İlham Əliyev hər şeyi zərgər dəqiqliyi ilə fikirləşir və həll edir. Əlbəttə, bunların hamısı Cənab Prezidentin siyasi iradəsinin qələbəsidir. Eyni zamanda, xalqımızın müdrikliyinin və ordumuzun gücünün nəticəsidir. Əgər biz güclü orduya malik olmasaydıq, düşmənə qalib gələ bilməzdik. Xalqımız isə təmkinlə, bu, məşəqqətlərə uzun illər səbr göstərdi. Başqa xalq olsaydı, silahlanardı və sərhəddə təxribatlara yol verilərək planlar pozulardı. Amma İlham Əliyevin bütün sözləri hər kəs üçün bir qərar oldu. Antiterror tədbirlərindən sonra həmin kəndləri 1 saatın içində azad edə bilərdik. Ali Baş Komandan isə dedi ki, ”Hər şeyin öz vaxtı var, onlar, vaxt gələcək kəndləri könüllü təhvil verəcəklər”. Biz belə Cənab Prezidentimiz, ordumuz və xalqımız olduğu üçün qürür duyuruq. Ona görə də bu münasibətlə hə kəsi təbrik edirəm”.

Deputat qeyd edib ki, Qazaxın 4 kəndinin azad edilməsi Şərqi Zəngəzura gedişi asanlaşdıran amil və sülh müqaviləsinə dəstəkdir:
“Ermənilər, artıq başa düşürlər ki, yaşadıqları ərazidə qonşu ölkələrlə münasibətləri yaxşılaşdırmadan irəli getmək olmaz. Çünki Paşinyanın siyasəti düzgün deyil. Paşinyan hakimiyyətinin qonşuluğunda olan heç bir ölkə ilə sağlam münasibəti yoxdur. Ermənilər yavaş-yavaş Qərbə, Avropa arxalanmağın yersiz olduğunu anlayırlar. Düşünürəm ki, tez bir zamanda sülh müqaviləsi imzalanacaq, Zəngəzur dəhlizi açılacaq. İki ölkə xalqları arasında münasibətlərin yaxşılaşması dünya üçün də vacibdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət