Deputatdan təklif: “Naxçıvanda da aksiyalar keçirilsin”


“Aidiyyəti dövlət qurumları Bakının tıxac probleminin həllində aciz qalıblar”.

"Sherg.az" xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, şəffaf tender keçirilməli və xaricdən ekspertlər dəvət olunmalıdır:

“Bu ekspertlər gəlib təkliflər verməlidirlər. Nəinki yollarda, Bakı metrosunda da acınacaqlı vəziyyət hökm sürür. Metrodan elə fotolar paylaşılır ki, adam dəhşətə gəlir”.

Parlament üzvü çıxışında Şuşa-Xankəndi yolundakı aksiyaların davamı kimi Naxçıvanda da eyni tədbirlərin keçirilməsini təklif edib: 

“Naxçıvanda da aksiyalar keçirilə bilər, çünki Naxçıvan 30 ildir blokadadır. Naxçıvanda da Naxçıvana yolun açılması üçün aksiyalar keçirilsə yaxşı olar”.