Dövlət məmurlarına alternativ yaranır: Özəl icra məmurları... - Süründürməçiliyə son!
Banuçiçək Kalbalıyeva
12:50 04.09.2020
Aktual
812
“Rəqabət yaranacaq və vətəndaşların problemləri həllini daha tez tapacaq”
“Dövlət məmuru bürokratiyaya, özbaşınalığa yol verirsə, özəl icra məmur bunu etməyəcək”
Azərbaycanda özəl icra məmurları fəaliyyət göstərəcək.
Bu barədə Ədliyyə Nazirliyinin “Məhkəmə qərarlarının icrasının təşkili” mövzusunda keçirilən mətbuat konfransında Nazirliyin İcra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev məlumat verib.
O bildirib ki, bir çox ölkələrin qanunvericiliklərində bu məsələ geniş öyrənilib:
“Cənab nazirin müvafiq tapşırığı ilə bu istiqamətdə xüsusi işçi qrupu yaradılıb. Normativlərin, layihələrin hazırlanması davam edir. Demək olar ki, artıq razılaşdırma mərhələsindədir”.
Eyni zamanda yaradılan işçi qrupunun da üzvü olan F.Əfəndiyev özəl icra ilə dövlət icra məmurları arasında iş bölgüsünün də olacağını qeyd edib:
“Qanunda nəzərdə tutulub ki, müəyyən səlahiyyətlər özəl və dövlət icra məmurları arasında bölünəcək. Özəl icra məmurlarının fəaliyyətinə baxan palata olacaq. Onların sosial təminatı, tələbləri nəzərə alınacaq”.
Sözügedən təşəbbüs barədə “Sherg.az”a danışan Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni bunun zəruri olduğunu düşünür:
“Ədliyyə Nazirliyində ictimai komitənin üzvləri, icra baş idarəsinin nümayəndələri ilə birlikdə sözügedən məsələ haqqında müzakirələr getmişdi. Təşəbbüsün müasir dövrün tələblərinə uyğun üstünlükləri qeyd olunmuşdu.
Özəl icra məmurlarının fəaliyyətə başlaması, əlbəttə, çox yaxşı haldır. Belə bir alternativ xidmətin yaradılması vətəndaşların özəl icra məmuru kimi fəaliyyət göstərməsinə imkan yaradacaq.
Həm də dövlət məmurlarından narazı olanlar üçün alternativ variant yaranacaq. Nəticədə rəqabət meydana çıxacaq və vətəndaşların problemləri həllini daha tez tapacaq. Eyni zamanda dövlət məmuru bürokratiyaya, özbaşınalığa yol verirsə, özəl icra məmur bunu etməyəcək. Çünki gəliri birbaşa olaraq yerinə yetirdiyi işdən çıxır və hansısa məsuliyyətsizlik, qeyri-peşəkarlıq müştərini itirməklə nəticələnə bilər.
Ona görə də özəl icra məmurlarının fəaliyyətə başlamasını çox yüksək qiymətləndirirəm. Biz vətəndaşların problemlərinin həlli istiqamətində bundan sonra da əlimizdən gələni etməyə hazırıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
II Qareginin qardaşı və qardaşı oğlu təqsirli biliniblər
19:17 08.10.2026
Cənubi Qafqaz
HƏMAS-ın hərbi qanadının komandiri öldürüldü
19:09 08.10.2026
Dünya
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə