“Dövlət sirrini qorumayan hərbçilərə cinayət işi də qaldırıla bilər’’
“Dövlət sirrini qorumayan hərbçilərə cinayət işi də qaldırıla bilər’’
Yusif Nəzərli
11:09 12.08.2022
Aktual
771
Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Qasımov Daşqın Etibar oğlu və Feyruzlu Toğrul Mirağa oğlu xidmət zamanı smartfon tipli telefon istifadə etməsi, eləcə də şəxsi hesablarında xidmətə aid foto-video görüntüləri paylaşması aşkar edilib.Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.Adları qeyd olunan hərbi qulluqçular MN rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd hərəkətlərinə görə ordu sıralarından çıxarılıb.Nazirlikdən bildirilib ki, ordu mənsublarına yaraşmayan hərəkətlərlə hərbi etika qaydalarını, eləcə də mobil telefonlardan istifadə zamanı nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozan hərbi qulluqçular barəsində bundan sonra da ciddi tədbirlər görüləcək.
Məsələni ehtiyatda olan polkovnik Şair Ramaldanov “Sherg.az”a şərh edib:
“Smarfonların, məlumat yayan vasitələrin istifadəsi ilə bağlı Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən mütəmadi olaraq maarifləndirmə işləri aparılır. Buna baxmayaraq hazırda biz yenə belə hallarla qarşılaşırıq. Hərbi qulluqçular smartfonlardan istifadə etməyin qadağan olunduğunu bilirlər. İndi bizim cəmiyyətdə hərkəsin bundan xəbərdardır. Nəinki hərbçilər, hərbi şəhərcikdə olan digər şəxslər də hərbi hissəyə daxil olduğu zaman smatfonlardan istifadə etməməlidirlər. Nəzarət məntəqələrində daim yoxlamalar aparılır. Hərbi hissəyə gələn şəxslər telefonlarını həmin məntəqəyə təhvil verib sonra hərbi şəhərciyə daxil olmalıdır. MN-də əmrlərin çatdırılması tədbiri var. Bu tədbir zamanı müddətdən artıq hərbi xidmətdə olan hərbçilərə smartfon tipli telefonlardan istifadə etdikdə, ordudan kənarlaşdırılacaqları ilə bağlı məlumat verilir. Yəni vəzifəsindən asılı olmayaraq hərbçilərin hamısı smartfonların xidməti yerə aparılmaması haqqında məlumatlıdırlar. Hər hansısa bir hərbçi bunu bilərək əmri yerinə yetirmirsə, gizli şəkildə telefondan istifadə edib xidməti yerini xidmətlə bağlı məlumatı yayırsa təbii ki, o ordundan xaric edilməlidir. Əgər onun telefonundan ötürülən məlumatlar dövlət sirrinin qorunmasını pozan məlumatlardırsa, müvafiq qanun çərçivəsində cinayət işi də qaldırıla bilər’’.
Ş.Ramaldanov MN-nin cəza mexanizmlərindən söz açıb:
“Cəza mexanizmləri müxtəlifdir. Cəzaların daha da ciddiləşdirilməsinə o qədər də ehtiyac yoxdur. Çünki elə ordudan xaric olunmaq bir hərbçi üçün kifayət qədər ağır cəzadır. Azərbaycan ordusunda nəzarət mexanizmi olduqca güclüdür. Belə məsələlərə yanaşma da zamanla təkmilləşdirilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı
Dörd bürcə XƏBƏRDARLIQ: daha diqqətli olmalıdırlar
09:05 15.11.2026
Cəmiyyət
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
08:53 15.11.2026
Aktual
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
08:11 15.11.2026
Dünya