Dünyaya mesaj: “Ermənistan xilas yolu axtarırsa, Zəngəzur dəhlizini açsın”
Banuçiçək Kalbalıyeva
13:17 18.03.2021
Aktual
653
SOCAR və "Qazprom Export" şirkəti Rusiya qazının nəqli üzrə qısamüddətli müqavilə imzalayıb. Bu, "Şimali Qafqaz – Zaqafqaziya" qaz kəmərində planlı təmir işləri zamanı Ermənistandakı istehlakçılara qaz tədarükünün (Azərbaycan ərazisi ilə – red.) davam etdirilməsinə imkan verəcək. Yəni Rusiya qazı Ermənistana müvəqqəti olaraq Azərbaycan ərazisi ilə nəql olunacaq.
Məlumata görə, iki tərəf arasında müqavilə martın 16-da imzalanıb. Müqaviləyə əsasən, sözügedən qaz kəmərinin Rusiya hissəsində aparılacaq planlı profilaktik təmir işləri zamanı qaz istehlakçılara Azərbaycan ərazisi ilə Gürcüstan sərhədinədək çatdırılacaq. Qeyd olunur ki, təmir işləri üç həftəyə yaxın davam edə bilər. İşlər bitdikdən sonra qazın nəqli əvvəlki marşrutla – Rusiya və Gürcüstan sərhədindən nəql ediləcək.
Millət vəkili, Vətəndaş Həmrəyliyi partiyasının sədri Sabir Rüstəmxanlı bu barədə fikirlərini “Sherg.az”la bölüşdü:
“Azərbaycan vasitəsilə Ermənistana qaz verilməsi müvəqqətidir. Və ortada heç bir müqavilə, anlaşma olmadığına görə normal deyil.
Amma kommunikasiya xətləri açılsa, danışıqlar getsə, biz buna və oxşar addımlara soyuqqanlı yanaşmalıyıq”.
Millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə isə düşünür ki, bu, bizim konstuktiv mövqeyimizin təzahürüdür:
“Azərbaycan noyabrın 10-da imzalanmış bəyanatda nəzərdə tutulmuş sülhü təmin etməkdən ötrü hər şeyi edir. Münaqişə bizim üçün artıq tarix olub. Biz regionda sülh, sabitlik istəyirik. Dünyaya verdiyimiz mesaj da belədir.
Ermənistan isə xilas yolu axtarırsa, Zəngəzur dəhlizini açmalıdır. Bu, onun özünə xeyirdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazının tamamilə bağlandığını elan edib
01:21 07.09.2026
Region
Ukrayna çıxılmaz vəziyyətdədir - Saks
00:40 07.09.2026
Aktual
Zelenski yenidən Donbasdan imtina etməyəcəklərini açıqladı
23:37 06.09.2026
Aktual
"Amazon"un yük təyyarəsi qəzaya uğradı
23:15 06.09.2026
Dünya
Rusiyada 10 alpinist itkin düşdü
22:54 06.09.2026
Region
Şevçenko İrəvana gəldi, Simonyanın toyuna...
22:33 06.09.2026
Cənubi Qafqaz
Şəmkirdə evdə 35 yaşlı kişinin meyiti tapılıb
22:12 06.09.2026
Gündəm
Uitkoff: Tramp Ukrayna münaqişəsinin diplomatik həllinə çalışır
21:30 06.09.2026
Aktual
İsrail ordusu qəfil təlimlərə başladı
20:33 06.09.2026
Dünya
Göygöldə 50 yaşlı kişinin meyiti tapılıb
20:16 06.09.2026
Hadisə
ABŞ İranla yeni nüvə sazişi bağlamaya bilər
19:22 06.09.2026
Dünya
Rusiyadan Honq Konqa qızıl tədarükü rekord həddə çatıb
19:06 06.09.2026
İqtisadiyyat
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
18:30 06.09.2026
Siyasət
İnfantino yenə prezident olmaq istəyir
18:12 06.09.2026
Futbol
Budanov: “Avropa üçlüyü”nün nümayəndələri Kiyevə gəlib
17:21 06.09.2026
Son dəqiqə