Əcnəbi İKT mütəxəssislərinə Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə veriləcək
08:55 27.12.2022
Aktual
329
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması tələb olunmayan halların sayı artır.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Bu hal texnologiyalar parkının rezidentinə (hüquqi şəxsə münasibətdə onun rəhbəri və müavinləri vəzifəsini tutanlar) və həmin rezident tərəfindən Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyətinə cəlb edilən informasiya və kommunikasiya texnologiyaları sahəsində təcrübəsi olan mütəxəssislərə də şamil olunacaq.
Başqa sözlə, qanun layihəsinə əsasən iş icazəsinin alınması tələb olunmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin dairəsinə texnologiyalar parkının rezidenti və həmin rezident tərəfindən ölkə ərazisində əmək fəaliyyətinə cəlb edilən informasiya və kommunikasiya texnologiyaları sahəsində təcrübəsi olan mütəxəssislər əlavə olunur. Buna uyğun olaraq, həmin şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi nəzərdə tutulur.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
19:55 24.04.2026
Dünya
Dünyanın zirvəsinə gedən yolda gözlənilməz maneə
19:54 24.04.2026
Dünya
İran üç ölkəyə uçuşları bərpa edir
19:48 24.04.2026
Region
Lavrov: Qərb Rusiyaya müharibə elan edib
19:48 24.04.2026
Dünya
Qəhvə içib yatsanız nə olar? - ARAŞDIRMA
19:40 24.04.2026
Sağlamlıq
Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı
19:34 24.04.2026
Şou
Aİ səfiri Gürcüstan XİN-ə çağırılacaq
19:19 24.04.2026
Cənubi Qafqaz
Kosta: Aİ İrana qarşı sanksiyaların ləğvi perspektivini görmür
19:11 24.04.2026
Dünya
ABŞ müdafiə naziri: Hərbçilərimiz Nobel Sülh Mükafatını almalıdır
19:03 24.04.2026
Dünya
Netanyahu prostat xərçənginə görə əməliyyat olundu
18:56 24.04.2026
Dünya
Ukrayna AB-yə dərhal qoşula bilməz - Merz
18:33 24.04.2026
Dünya