
Əfşar Süleymani: Edam hökmünün icrası Azərbaycan və İran arasındakı etimad mühitinə kömək göstərəcək
12:44 21.05.2025
Aktual
742
Azərbaycanın Tehrandakı səfirliyinə hücum etmiş Yasin Hüseynzadə barəsində çıxarılan edam hökmü icra edilib. Bu barədə İSNA agentliyi məlumat yayıb. Hökm bu gün səhər saatlarında yerinə yetirilib. Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum zamanı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomatla mühafizə postunu yararaq binaya daxil olub və səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Hücum zamanı iki əməkdaş – Vasif Tağıyev və Mahir İmanov da yaralanıb. Hadisədən sonra Prezidentin sərəncamı ilə Orxan Əsgərov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub. Vasif Tağıyev 1-ci dərəcəli “Rəşadət” ordeni, Mahir İmanov isə “Vətən uğrunda” medalı ilə təltif edilib. Yanvarın 30-da Azərbaycan Xarici İşlər Nazirliyi səfirliyin fəaliyyətini dayandırıb və əməkdaşları Tehrandan təxliyə edib. İran qanunvericiliyinə əsasən, zərərçəkmişin ailəsi edamın qarşısını ala bilərdi. Lakin Orxan Əsgərovun atası Rizvan Əsgərov ölüm hökmünün yerinə yetirilməsini tələb edib.
İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani Sherg.az-a söyləyib ki, edam hökmü islam qaydalarına və İran konstitusiyasına uyğun olaraq yerinə yetirilməlidi idi:

“Həmin şəxsin Azərbaycan səfirliyinə hücm etməsi İran qanunlarına və beynəlxalq hüquqlara zidd hərəkət sayılırdı. İran və islam qaydalarına görə öldürülən şəxsin yaxınları qan sahibidir. Buna görə də həmin şəxsin yaxınları edam hökmünün ləğv olunmasıyla bağlı razılıq verməyə bilər. Sözügedən hadisədən sonra İran siyasi mövqeyini ortaya qoydu. Edam hökmünün icrası Azərbaycan və İran arasında qarşılıqlı inamın və etimad mühitinin yaranmasına kömək göstərəcək. İran Prezidenti Pezeşkianın Azərbaycana səfərindən sonra bu prosesin baş tutması görüş zamanı həmin məsələnin müzakirə olunduğunu ortaya qoyur. İki ölkə arasında qarşılıqlı etimad nə qədər yüksək olsa, müxtəlif sahələrdə əməkdaşlıqlar daha da möhkəmlənər. Ümid edirik ki, iki ölkə əlaqələri bundan sonra daha da möhkəmlənəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm
Bakıda Dövlət Bayrağı Günü ilə bağlı hərbi yürüş keçirilir
11:23 09.11.2026
Aktual
Şuşa ağ örpəyə bürünüb – FOTOLAR
11:21 09.11.2026
Ekologiya
Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun - Deputat
11:08 09.11.2026
Gündəm