Əkbərovdan sonra növbə kimlərindir? - Daha iki generalın "kitabı bağlanır"
Banuçiçək Kalbalıyeva
11:41 17.03.2021
Aktual
855
Rey Kərimoğlu: “Hər halda Müdafiə Nazirliyində cəzalandırılmalı xeyli adam var”
“Nəcməddin Sadıqovun bacısı oğlu Ramil Əsgərov, Xaqanı Cəbrayılov və başqaları”
General-leytenant Rövşən Əkbərov həbs edilib. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, R.Əkbərov Bakı və Şəmkir korpuslarının komandiri olub. Sabiq birlik komandiri bir müddət əvvəl müdafiə naziri Zakir Həsənovun əmri ilə ehtiyata buraxılıb. Generalın həbsi Azərbaycan ordusundakı islahatların təzahürüdür. Proseslərin davamlı olacağı gözlənilir.
Generalın 20 il əvvəl törətdiyi cinayətin təfərraütı məlum olub. Belə ki, Azərbaycan Respublikası vətəndaşı, 1971-ci il təvəllüdlü, Əliyev Elçin Fəday oğlunun 1 iyun 2001-ci il tarixdə Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərində soyuq silahla qəsdən öldürülməsi faktı ilə bağlı Ukrayna Respublikasının prokurorluq orqanlarında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Bir sıra istintaq tədbirləri yerinə yetirilib. 2003-cü il tarixdə cinayətin törədilməsində Azərbaycan Respublikasının vətəndaşının şübhəli olması əsası ilə cinayət işi Azərbaycan Respublikasına göndərilib. Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun yaydığı məlumatda qeyd olunub.
Həmin cinayət işi üzrə Azərbaycan Respublikasının Hərbi və Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində (əvvəlki) bir sıra istintaq hərəkətləri həyata keçirilib. Lakin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən cinayət işi üzrə icraat dayandırılıb. 2020-ci il tarixdə cinayət işi Baş Prokurorluqda yenidən öyrənildikdən sonra Baş Prokurorluğun rəhbərliyi tərəfindən cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilməklə icraat təzələnmiş və Baş Prokurorluğun İstintaq idarəsində çoxsaylı istintaq hərəkətləri aparılıb. Aparılan iş üzrə kifayət qədər sübutlar toplanılaraq, həmin cinayət əməlinin Əkbərov Rövşən Telman oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Azərbaycan Respublikası vətəndaşı, 1965-ci il təvəllüdlü Əkbərov Rövşən Telman oğlunun 2001-ci il mayın 31-dən 2001-ci il iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra saat təxminən 3-4 radələrində həmin kafenin yaxınlığında Əliyev Elçin Fəday oğlu ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə Elçin Əliyevin ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək, sonuncunu qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən olunub.
Məsələ barədə “Sherg.az”a danışan Qarabağ qazisi, “Qazilər. az” saytının baş redaktoru Rey Kərimoğlu da eyni fikirdədir:
“Düzü, geniş məlumata malik deyiləm. Amma keçmiş baş qərargah rəisi Nəcməddin Sadıqovun həbsi gözlənilərkən Rövşən Əkbərovun cəzalandırılması bizim bilmədiyimiz məqamların da olduğunu göstərir. Hər halda Müdafiə Nazirliyində cəzalandırılmalı xeyli adam var. Məsələn, Nəcməddin Sadıqovun bacısı oğlu Ramil Əsgərov, şimal istiqamətində korpus komandiri Xaqanı Cəbrayılov və başqaları. Hətta əsgərlər də Cəbrayılovdan gileylənərək, onun həbs edilməsini tələb edirlər. İnşallah, Azərbaycan ordusunda cinayət törətmiş, inkişafa mane olan hər kəs layiqli cəzasını alacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazının tamamilə bağlandığını elan edib
01:21 07.09.2026
Region
Ukrayna çıxılmaz vəziyyətdədir - Saks
00:40 07.09.2026
Aktual
Zelenski yenidən Donbasdan imtina etməyəcəklərini açıqladı
23:37 06.09.2026
Aktual
"Amazon"un yük təyyarəsi qəzaya uğradı
23:15 06.09.2026
Dünya
Rusiyada 10 alpinist itkin düşdü
22:54 06.09.2026
Region
Şevçenko İrəvana gəldi, Simonyanın toyuna...
22:33 06.09.2026
Cənubi Qafqaz
Şəmkirdə evdə 35 yaşlı kişinin meyiti tapılıb
22:12 06.09.2026
Gündəm
Uitkoff: Tramp Ukrayna münaqişəsinin diplomatik həllinə çalışır
21:30 06.09.2026
Aktual
İsrail ordusu qəfil təlimlərə başladı
20:33 06.09.2026
Dünya
Göygöldə 50 yaşlı kişinin meyiti tapılıb
20:16 06.09.2026
Hadisə
ABŞ İranla yeni nüvə sazişi bağlamaya bilər
19:22 06.09.2026
Dünya
Rusiyadan Honq Konqa qızıl tədarükü rekord həddə çatıb
19:06 06.09.2026
İqtisadiyyat
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
18:30 06.09.2026
Siyasət
İnfantino yenə prezident olmaq istəyir
18:12 06.09.2026
Futbol
Budanov: “Avropa üçlüyü”nün nümayəndələri Kiyevə gəlib
17:21 06.09.2026
Son dəqiqə