Əli qanlı separatçıların məhkəmə prosesində bir çox məqamlar üzə çıxacaq
Yusif Nəzərli
21:57 05.10.2023
Aktual
363
Gizli planlar ifşa olunacaq
"Caliber" məlumat yayıb ki, Azərbaycan tərəfi Ruben Vardanyanın Qərbin əsas siyasətçiləri, jurnalistləri, “hüquq müdafiəçiləri” və “ekspertləri” ilə təmaslarına dair sənədli sübutlar əldə edib. Onlarla lobbiçilik fəaliyyətinin müəyyən tapşırıqlarını həyata keçirmək üçün açıq maliyyə sövdələşmələri aparılıb. İddia edilib ki, dünya ictimaiyyəti Ruben Vardanyanın "Karnegi Fondu" ilə əməkdaşlığının kəskin təfərrüatlarından tezliklə xəbərdar olacaq. O da məlum olub ki, Donetsk separatçısı, deputat Aleksandr Boroday da birbaşa Vardanyan tərəfindən maliyyələşdirilib. Ümumiyyətlə, məlum olub ki, Vardanyan Rusiya xüsusi xidmət orqanlarının müvafiq idarəsinin nəzarəti altında Donbass separatizminin dəstəklənməsində fəal iştirak edib. USAİD-in rəhbəri Samanta Pauer də Ruben Vardanyanla əməkdaşlıq edir və eyni vaxtda Ukraynada separatizmi maliyyələşdirir. Göründüyü kimi, Vardanyan erməni klassiklərinə uyğun olaraq ikili agent olub.
Siyasi şərhçi Samir Əsədli "Sherg.az"a deyib ki, Qarabağda separatçı rejim, xunta özünü buraxdıqdan sonra Azərbaycanın xüsusi xidmət orqanları qondarma qurumun rəhbərliyində təmsil olunmuş separatçı-terrorçu ünsürləri də ələ keçirtdi. Ekspert diqqətə çatdırıb ki, həbs olunan separatçıların hamısı qanlı cinayətkarlardır: "Bakıda mühakimə olunan separatçıların əksəriyyəti 1988-89-cu illərdən başlayaraq Azərbaycan ərazisində silahlı dəstələr yaradıblar. Azərbaycanlıları qətlə yetiriblər, terrorçuluqla məşğul olublar, torpaqlarımızın işğal edilməsində iştirak ediblər. 30 illik işğal dövründə Qarabağda bütün qanunsuz əməlləri həyata keçiriblər. 44 günlük savaşda çoxsaylı müharibə cinayətləri törədiblər, mülki şəxsləri hədəf seçərək, günahsız insanların ölümünə səbəb olublar. Ruben Vardanyanın da qısa müddətdə hansı işlərlə məşğul olması bəllidir. Təbii ki, separatçılar sadalanan bütün çirkin və qanunsuz əməllərin hamısını müxtəlif mafiyoz qruplarla, qanunsuz silah alverçiləri, narkotacirlərlə, o cümlədən siyasi dairələrlə əlbir olaraq həyata keçiriblər. Xüsusən, Azərbaycan ərazisində separatizmi maliyyələşdirən, dəstəkləyən dairələr, qruplaşmalar ön planda olublar. Şübhə yox ki, məhkəmə proseslərində bir çox məqam üzə çıxacaq və gizli planlar ifşa olunacaq. Məhz xunta rejimi də özünü buraxmağa ona görə məcbur qaldı ki, uzun müddət onlara dəstək verənlər arxalarında durmadılar. Azərbaycan haqlıdır və əlimizdə yetərli sayda dəlil, sübut, faktlar var".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm