
Əliqanlı ədalət "carçısı": Fransa koloniya siyasəti ilə bir çox xalqa zülm verir -TƏHLİL
12:46 16.05.2024
Aktual
526
Fransanın daxili işlər naziri Jerald Darmanen Azərbaycanın Yeni Kaledoniyanın işlərinə müdaxiləsinə toxunub.
O qeyd edib ki, Azərbaycan Parisin Ermənistana verdiyi dəstəyə cavab olaraq Kaledoniya nümunəsindən istifadə etməyə çalışır.
Nazirin sözlərinə görə, Ermənistana bu dəstək Fransaya şərəf gətirir. Darmanen Bakını separatizmi dəstəkləməkdə ittiham edib.
Fransanın Yeni Kaledoniyada həyata keçirdiyi işğalçılıq siyasətini Azərbaycanın üzərinə yıxması Rəsmi Parisin növbəti antiazərbaycan siyasətinin nəticəsidir. Görünən odur ki, Fransan bu addımı atmaqla Azərbaycanın mövqeyini və nüfuzunu zəiflətməyə çalışır. Fransa hökumət rəsminin beynəlxalq dövlətlərarası münasibətlər baxımından heç bir etik çərçivəyə sığmadan Azərbaycanın konstitusional dövlət quruluşu haqqında qəsdən təhqir dolu ifadələrdən istifadə etməsi tamamilə qəbuledilməzdir.
Eyni zamanda, Fransa prezidenti Emmanuel Makron çərşənbə günü Milli Müdafiə və Təhlükəsizlik Şurasının iclasında Yeni Kaledoniyada fövqəladə vəziyyət elan edilməsini istəyib.
Mövzu ilə bağlı “Sherg.az”a danışan politoloq Zeynal Əmrəliyev qeyd edib ki, bu gün müasir dünya mədəniyyəti inkişaf edir:

“Dünyada yeni kəşflər həyata keçirilir. Mədəniyyət dedikdə isə ilk ağla gələn Avropadır. Fransa da Avropanın əsas ölkələrindən biridir. Ancaq təəssüflər olsun ki, Fransa mədəniyyətə əks olan müstəmləkəçilik siyasətini hələ də davam etdirir. Rəsmi Paris tətbiq etdiyi koloniya siyasəti ilə bir çox xalqa zülm verir. Fransanın Afrikada, Əlcəzairdə həyata keçirdiyi soyqrımların canlı şahidləri bu gün həyatdadırlar. Bu isə Fransa tarixi üçün biabırçı bir hərəkət olmalıdır. Amma buna baxmayaraq Fransan kolonial siyasətindən əl çəkmir. Yeni Kaledoniyada baş verən hadisələr bunu bir daha sübuta yetirir. Hətta Fransa öz işğalçılıq siyasətinə haqq qazandırmaq üçün həmin hadisələrdə Azərbaycanı iddiham edir. Yeni Kaledoniya xalqının fransız müstəmləkəçiliyinə qarşı mübarizə aparması Fransanın ölkələri əzmək siyasətinin nəticəsidir. Müstəqillik, öz hüquqlarını müdafiə etmək Yeni Kaledoniyanın tam haqqıdır. Fransanın bu məsələdə Azərbaycanı iddiham etməsi isə tamamilə əsassızdır. Azərbaycan hər zaman ədalətin və beynəlxalq hüququn yanında olacaq. Bundan sonra da Azərbaycan insanlığa zülm verən inanclara qarşı öz mübarizəsini aparacaq. Fransa nə qədər Azərbaycanı mövzudan kənarda saxlamaq istəsə də, arzusuna çatmayacaq. Yeni Kaledoniya xalqı Azərbaycan böyük rəğbət bəsləyir. Çünki Azərbaycan digər ölkələr kimi Fransanın müstəmləkəçilik siyasətinə göz yummur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Dneprə ballistik raketlə zərbə endirib, 4 nəfər ölüb
14:00 29.06.2026
Dünya
Pakistanın Əfqanıstana hava zərbələri: 38 ölü, 163 yaralı
13:16 29.06.2026
Dünya
Martines əməliyyatdan imtina etdi: DÇ-də sınıq barmaqla oynayır
13:03 29.06.2026
Futbol
Pezeşkian: Altı milyard dollar İrana qaytarılacaq
12:57 29.06.2026
Gündəm
Bəzi yerlərdə intensiv yağış yağacaq, dolu düşəcək - PROQNOZ
12:40 29.06.2026
Ekologiya
Tehran Prokurorluğu Rza Pəhləviyə iş açdı
12:28 29.06.2026
Gündəm
Süleyman Rüstəmin yeganə övladı vəfat etdi
11:57 29.06.2026
Cəmiyyət
İsrail ordusu “Hizbullah”ın üç qərargahına zərbə endirib
11:51 29.06.2026
Dünya
Ərdoğan elan etdi: “Türk Əsri” birlikdə qurulacaq
11:46 29.06.2026
Gündəm
97 yaşında dünyasını dəyişdi
11:39 29.06.2026
Mədəniyyət
Pakistan Əfqanıstanı bombaladı: 36 ölü, 163 yaralı
11:30 29.06.2026
Dünya
Polşa Almaniyadan yenidən təzminat tələb etdi
11:21 29.06.2026
Dünya