
Əliyev-Paşinyan danışıqlarının Praqa raundu! – “Ermənistan seçim qarşısında...”
Yusif Nəzərli
13:46 06.10.2022
Aktual
665
“Ya sülhlə Azərbaycanın təklif etdiyi həcmlə razılaşmalıdır, ya da ki, Azərbaycan hərb variantı ilə istədiyini almalıdır”
“Bu mənada görüşdən sonra hərbi əməliyyatların davam etməsi istisna deyil”
“Çünki mümkündür ki, Azərbaycan görüşdə delimitasiya prosesinə dair istədiklərini diplomatik razılaşdırma üsulu ilə ala bilməsin”
Çexiyanın paytaxtı Praqada Avropa Siyasi Birliyi liderlərinin sammiti başlayıb. İclasa Aİ-nin 27 üzvü ilə yanaşı, 17 ölkə dəvət olunub. Dəvət göndərilən ölkələr arasında Azərbaycandan başqa Türkiyə, Albaniya, Bosniya və Herseqovina, Gürcüstan, İslandiya, Kosovo, Lixtenşteyn, Moldova, Monteneqro, Şimali Makedoniya, Norveç, Serbiya, İsveçrə, Ukrayna, Britaniya və Ermənistan da var.

Analitik Aqşin Kərimov Avropa Siyasi Birliyi liderlərinin Praqada baş tutan sammitindən “Sherg.az”a danışarkən bildirib ki, toplantının başlanma ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında qeyri-rəsmi formatda bir danışıq baş tutub:
“Görüşü Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan təşkil edib. Hərçənd ki, Fransa Prezidenti Emmanuel Makron həmin danışıqda özünü göstərmək istəyərək Paşinyana qahmar çıxmağa çalışdı. Həmin görüşdə Macarıstanın baş naziri Viktor Orban da göründü. Qeyd etmək lazımdır ki, onun ölkəsi Türk Dövlətləri Təşkilatında müşahidəçi statusdadır. İlkin dəyərləndirməmə əsasən, bunu Türk Dövlətləri Təşkilatı qismində Paşinyana təzyiq kimi simvolizə etmək olar. Yəni bu formatda presedent bir ilkdir. Əliyevlə Paşinyanın görüşünün davamı olacaq, orada Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də iştirak edəcək”.
Siyasi şərhçinin sözlərinə görə, dördlük formatında görüşdən əvvəl Ərdoğanın Makronu ofsaydda saxlayaraq Əliyevlə Paşinyanı bir masa ətrafında əyləşdirməsi “Türkiyə Azərbaycanın yanındadır və kimsə ona təzyiq edə bilməz” mesajının verilməsidir:
“Hesab edirəm ki, bu görüşlər sülh müqaviləsinin mətninin hazırlandığının göstəricisidir. Lakin detallar üzərində yenidən fikir mübadiləsi aparılır. Əliyev-Paşinyan danışıqlarının Praqa raundu sülh müqaviləsinin detallarının hazırlanması, tərəflərin bir-birinə açıq və ya gizli zəmanətlərinin effektivliyini dəqiqləşdirmə baxımından önəmlidir. Bu görüş Rusiyanı qıcıqlandırmayacaq, çünki Avropa İttifaqı da, Fransa da Rusiya ilə münasibətlərin kəskinləşməsində maraqlı deyil. Moskvanın aqressiya dozasının artıb-artmayacağı ABŞ-ın danışıqlar masasındakı razılıqları öz maraqlarına sərf edən formada inkişaf etdirmək dərəcəsindən asılı olacaq. Ermənistan isə seçim qarşısındadır. Ya sülhlə Azərbaycanın təklif etdiyi həcmlə razılaşmalıdır, ya da ki, Azərbaycan hərb variantı ilə istədiyini almalıdır. Vəziyyətin bu cür olması Ermənistana sərf etmir. Fransanı isə narahat edir. Çünki rəsmi Bakının delimitasiya tələbləri seriyasında iyirminci əsrin xəritələri şərt kimi irəli sürülür. Bu mənada görüşdən sonra hərbi əməliyyatların davam etməsi istisna deyil. Çünki mümkündür ki, Azərbaycan görüşdə delimitasiya prosesinə dair istədiklərini diplomatik razılaşdırma üsulu ilə ala bilməsin”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə
Rusiya ilə Ermənistan arasında yükdaşımalar kəskin artıb
11:11 02.09.2026
Region
Bəzi tələbələrə 2000 manat MÜKAFAT VERİLƏCƏK - FOTO
11:11 02.09.2026
Elm və Təhsil
Mal əti bahalaşdı
11:05 02.09.2026
İqtisadiyyat
Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb
11:02 02.09.2026
Hadisə