
Əliyevlə Paşinyanın sərhəddə danışıqlar aparacağının şahidi olacağıq- PROQNOZ
11:58 01.09.2024
Aktual
601
Rusiya prezidenti Vladimir Putinlə telefon söhbətimiz zamanı bildirdim ki, Azərbaycan prezidenti ilə sərhəddə görüşməyə hazıram”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib. O deyib ki, indiyədək aparılan ikitərəfli danışıqlar müsbət nəticələr doğurub:
“İndiki mərhələdə biz ikitərəfli formatda müzakirələr aparırıq. Hesab edirəm ki, belə bir format daha doğrudur. Bununla bağlı fikirlərimi Rusiya prezidenti Vladimir Putinlə telefon söhbətimdə ona da bildirmişəm. Lakin biz digər formatlardan da imtina etmirik. Hesab edirəm ki, bütün məsələlər konkret kontekstdə nəzərdən keçirilməlidir”.
Nikol Paşinyanın fikirlərinə münasibət bildirən siyasi şərhçi Azər Həsrət “Sherg.az”a söyləyib ki, Azərbaycan əvvəldən məsələlərin ikitərəfli formatda həyata keçirilməsindən yana olduğunu bildirib:

“Yəni Azərbaycan tərəfindən dəfələrlə bəyan edilib ki, rəsmi Bakı Ermənistanla birbaşa danışıqlar nəticəsində bütün məsələlərin həllinə hazırdır. Təbii ki, Ermənistan işğal və torpaq iddialarından əl çəkməli və Azərbaycanla normal münasibətlər qurmağa maraqlı olmalıdır. Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı sözügedən məsələni dilə gətirməsi önəmli hadisədir. Azərbaycan tərəfi də bunu rədd etməyəcək və normal qarşılayacaq. Eyni zamanda, hər iki tərəfdən müvafiq təhlükəsizlik təminatı olduqdan sonra Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan sərhəddə görüşə və müzakirələr apara bilərlər. Yaxud da İlham Əliyev və Nikol Paşinyanın sözügedən görüşünə qədər digər vəzifəli şəxslər hazırlıq işləri həyata keçirə bilərlər. Bildiyimiz kimi Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevlə Ermənistanın müvafiq vəzifəli şəxsi arasında bir müddətdir ki, sərhəddə görüşlər keçirilir. Həmin görüşlərin nəticəsi kimi delimitasiyası məsələləri ilə bağlı konkret addımlar da var. Düşünürəm ki, İlham Əliyev və Nikol Paşinyanın görüşü məhz sərhəddə ikitərəfli formatda baş tutarsa, hər iki tərəf üçün faydalı olacaq. Çünki elə məsələlər var ki, onları üz-üzə oturub, yerindəcə həll etmək lazımdır. Yaxın vaxtlarda Azərbaycan və Ermənistan arasındakı danışıqların iki ölkənin sərhəddində aparılacağının şahidi olacağıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm