Əmin olun ! - “İsgəndər”lər işə düşsə idi, Ermənistan...”
Banuçiçək Kalbalıyeva
13:27 18.02.2021
Aktual
789
“Çox ağır vəziyyətə düşərdi, indikindən qat-qat ağır”
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan “Armnews” telekanalına verdiyi müsahibədə Paşinyan hökumətindən “İsgəndər” raketlərindən nə üçün istifadə edilməməsinin səbəbini soruşub. O, müharibənin əsas mərhələsində operativ-taktiki “İsgəndər” raketlərindən istifadə edilməməsini indiki hakimiyyətin cavab zərbəsindən qorxması ilə əlaqələndirib. Bildirib ki, aldığı etibarlı informasiyaya görə “İsgəndər” raketi yalnız müharibənin sonunda Şuşaya atılıb.
Burada diqqəti cəlb edən Sarkisyanın “İsgəndər” raketlərinin konkret hədəflərini göstərməsidir:
"Bəs niyə zərbələr Azərbaycanın öz ərazisinə vurulmadı? Onların cavab zərbəsindən qorxduqlarını düşünə bilərəm. Ola bilsin ki, eyni dəqiqlik və uzaqlıq olmasın. Amma “İsgəndər” ləri müharibənin dördüncü-beşinci günü istifadə etmək lazım idi. Azərbaycan Horadizdə və digər bölgələrdə böyük canlı qüvvə toplayanda”.
Onun sözlərinə görə, "İsgəndər"lər bunun üçün nəzərdə tutulub. Sarkisyan əlavə edib ki, neft və qaz infrastrukturunun niyə uzun mənzilli silahlarla vurulmadığını da başa düşmür.
"Mən demirəm ki, ilk hədəf boru kəməri olmalı idi. Amma sonunda bu raketləri niyə aldıq? Onları lazımi vaxtda istifadə etməmək üçün? “İsgəndər”lər bizimdir və müttəfiqimiz (yəni Rusiya) onu yalnız bizə verib və biz də bundan istifadə etmədik”.
Sarkisyanın Paşinyanı ittiham etməsi və məğlubiyyətdə onu günahlandırması əslində başa düşüləndir. Hər halda bir neçə il əvvəl hazırkı baş nazirin keçmiş prezidenti hansı ritorika ilə istefaya çağırması, yəqin, çoxlarının yadındadır. Amma indi Paşinyan elə rəzil duruma düşüb ki, həmin qətiyyətli adamdan nə əsər var, nə əlamət...Bu, bir qırağa. Lakin Sarkisyandan soruşmaq lazımdır: “Kimsə sənə Azərbaycana “İsgəndər” raketi atmağa icazə verib?!”.
BDU-nun hüquq fakültəsinin dekanı, hüquq elmləri doktoru, professor Əmir Əliyev Sarkisyanın iddiası barədə “Sherg.az”a danışarkən keçmiş prezidenti tutarlı faktlarla susdurdu:
“Əlbəttə, o, belə ifadələr səsləndirə bilər. Çünki beynəlxalq cinayətkardır və törətdiyi əməllər cəzasız qalıb. Və həmin cəzasızlıq da, belə demək mümkünsə, onu “şirnikləndirir”.
Yəni məsələnin kökündə dayanan məhz cinayətkarın cəzasız qalmasıdır. Sarkisyan ayağından asılmalı idi ki, belə iddialar səslənməsin. Həm də “İsgəndər” raketləri uzaqmənzilli silahlardır.
Ermənistan onu Bakıya atacaqdı? Niyə? Axı Bakıda müharibə getmir.
Əlbəttə, beynəlxalq cinayətlər, o cümlədən Xocalı soyqırımını törətmiş Sarkisyana belə işlər adi gəlir. Lakin, əmin olun, “İsgəndər”lər işə düşsə idi, Ermənistanın vəziyyəti çox ağır olacaqdı- indikindən qat-qat artıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq
NASA-nın tonyarımlıq teleskopu yerə düşəcək
16:10 01.11.2026
Maraqlı
Britaniya hökuməti Breksit sazişini yeniləməyi planlaşdırır
15:55 01.11.2026
Gündəm
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
15:37 01.11.2026
Hadisə
Rusiyada məşhur qrupun vokalçısı öldü
15:22 01.11.2026
Şou
"Qalatasaray”ın vitse-prezidenti istefa verdi
15:08 01.11.2026
Futbol
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi