Ən yaxşı model Bakı - İrəvan - Ankara tandemidir - TƏHLİL
Yusif Nəzərli
00:44 30.07.2025
Aktual
580
Türkiyə, Azərbaycan və Ermənistan dəhlizin ortaq sahibləri ola bilər
Zəngəzur dəhlizinin açılması mövzusu son aylarda siyasi gündəmdə əsas yer tutan mövzuların önündə gəlir. Azərbaycanın qərb rayonlarının Naxçıvan Muxtar Respublikası ilə birbaşa bağlantısını təmin edə biləcək bu nəqliyyat marşrutu yalnız ölkə üçün deyil, bütövlükdə region üçün də strateji və iqtisadi əhəmiyyət daşıyır. Məhz bu səbəbdən, dəhlizin açılması ilə bağlı danışıqlar həm ikitərəfli, həm də beynəlxalq müstəvidə böyük maraqla izlənilir. Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla görüşündə də Zəngəzur dəhlizi məsələsinin gündəmə gəldiyi bildirilir.
Həmçinin qeyd olunur ki, ABŞ Zəngəzur dəhlizinin amerikalı özəl şirkət tərəfindən idarə edilməsini təklif edib. İspaniyanın “Periodista Digital” nəşrinin yazdığına görə, Ermənistan hökuməti ABŞ ilə birlikdə gizli memorandum imzalayıb. Sənədə əsasən, Zəngəzur bölgəsindən keçən və Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən 42 kilometrlik yeni nəqliyyat dəhlizi yaradılacaq. Məlumata görə, layihənin idarəçiliyi amerikalı özəl şirkətə həvalə olunacaq. Ermənistan isə dəhlizdən əldə ediləcək gəlirin cəmi 30 faizini alacaq. Türkiyə, İran, Rusiya və Avropa ölkələri də Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlamalar veriblər. Bəzi ekspertlər dəhlizin ilin sonuna kimi açıla biləcəyini düşünür.
Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müdiri, tarix elmləri doktoru, siyasi şərhçi Telman Nüsrətoğlu "Sherg.az"a deyib ki, Azərbaycan və Türkiyənin xarici siyasəti konfrantasiyalara getmədən, daha çox milli maraqları, əməkdaşlıqları, qarşılıqlı maraqları ön plana çıxartmağa, həmçinin regional dövlətlərin maraqlarını nəzərə almağa hesablanıb. Alim vurğulayıb ki, bu baxımdan Azərbaycan maraqlı deyil ki, Zəngəzur və Cənubi Qafqaz hansısa geosiyasi toqquşma, yaxud mübarizə məkanına çevrilsin:
"Zəngəzurda tarixi-mədəni haqlarımız olmaqla yanaşı, Azərbaycanla Naxçıvan arasında gediş-gəlişin maneəsiz təmin edilməsi beynəlxalq hüquqa dayanır. Digər yandan qlobal tendensiyalar, dünya, Çin-Avropa və bölgə ticarəti, Ermənistanın təcriddən xilas olması və iqtisadi inkişafı tələb edir ki, Zəngəzur dəhlizi açılsın. Amma Zəngəzur dəhlizi bir-biri ilə mübarizə aparan geosiyasi qütblərin mübarizə rıçağına çevrilməməlidir. Buna zəmin yaradılmamalıdır. Nəzərə alaq ki, yeni çoxqütblü dünya yaranır, yeni nizam formalaşır. Burada mütləq gücdən yox, çoxlu qütblərdən söhbət gedir və onların balanslaşdırılması mühümdür. Bizim siyasətimiz buna yönəlib".
T.Nüsrətoğlunun sözlərinə görə, region üçün ən məqbul və real proyekt Azərbaycan, Ermənistan və Türkiyənin birlikdə Zəngəzur dəhlizinə nəzarət etməsidir:
"O zaman üç ölkənin milli maraqları təmin ediləcək. Kənar qüvvələr, regionda mübarizə aparmaq həvəsində olan güclər bölgəyə nüfuz edə bilməyəcək. Ən yaxşı model budur. Hesab edirəm ki, gələcəkdə Bakı, İrəvan və Ankara arasında məhz bu məsələlər müzakirə mövzusu olacaq. Bundan Ermənistan da qazanclı çıxacaq. Bəzi xarici dairələrin əsrlər boyu Ermənistanda körüklədiyi türk düşmənçiliyi, region ölkələri ilə Ermənistanı qarşı-qarşıya qoymaq təşəbbüsləri də ortadan qalxmış olacaq. Dolayısı ilə bu, erməni xalqının da maraqlarına xidmət edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
15:20 06.11.2026
Ekologiya
Türkiyə Moskva və Kiyev arasında açar ölkədir – Ekspert
14:27 06.11.2026
Aktual
Gürcüstanda azərbaycandilli kənd məktəbi üçün yeni bina tikilib
14:27 06.11.2026
Region