Ərdoğan Soçi görüşünə münasibət bildirib
Yusif Nəzərli
12:05 29.11.2021
Aktual
431
“Əvvəllər də 3+3 platformasını gündəliyə gətirmişdik. Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, İran və qəbul edəcəyi halda Gürcüstan da bu platformanın baş tutması ilə bölgədə sülhü çox açıq və qəti şəkildə təsdiqləyəcək”.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin zirvə toplantısından ölkəsinə qayıdarkən jurnalistlərin sualına cavabında bildirib.
“Xüsusi ilə demokratiya və Azadlıqlar Adasındakı toplantımızda Türk Şurasının adını Türk Dövlətləri Təşkilatına dəyişdirdik. Bütün liderlər buna çox səmimi yanaşdı. Ancaq bundan narahat olanlar da yox deyil. Bu məsələdə Rusiyanın rahatsız olub-olmadığını deyə bilmərəm. Çünki cümə günü Azərbaycan Prezidenti, qardaşım İlham Əliyevin Rusiyada görüşü var idi (noyabrın 26-da keçirilən Soçi görüşüşün nəzərdə tutur - red.). Ermənistanın Baş naziri Nikol Paşinyanla birlikdə Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə bir toplantı reallaşdırıldı.
Bu toplantı ilə bağlı qardaşım İlham Əliyevlə keçirdiyim görüşdə o, yığıncağın çox yaxşı və məhsuldar keçdiyini söylədi. Bu toplantı vasitəsi ilə Araz çayı boyu dəmiryolu, avtomobil yolu tikintisi məsələsi də həll edildi. Bununla yanaşı Iğdıradək salınacaq avtomobil yolu məsələsi də var. Avtomobil yolu vasitəsi ilə Naxçıvanın çətinliklərini aşmaq başqa tərəfdən Ermənistan ərazisindən keçməklə burada Azərbaycanın İğdır ilə əlaqələrinin yaranması üçün uğurlu bir addım olacaq. Dəmiryolu və avtomobil yolu vasitəsi ilə yük və sərnişin daşınması sahəsində də əhəmiyyətli addım atılacaq”, - Türkiyə Prezidenti bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya