Ərdoğandan usta gediş:“Qərb ölkələrinin qarşıdurmasından yararlanır”


“Ərdoğan ‘’ABŞ dostumuzdur” deyib. Anqlosaks-frank qarşıdurması dönəmində Prezidentin bu cür çıxışını təsadüfi saymıram. Qrosmeysterdən növbəti usta gediş.”
 Bu sözləri "Sherg.az"a Ağ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli deyib.
Onun sözlərinə görə, ABŞ-la Fransa arasında böhran var. Və bunun səbəbkarı Avstraliyadır:

"Çünki Avstraliya Fransa ilə razılaşmanı pozub, ABŞ-la bağladı. Bunun ardınca ABŞ-la Avstraliya arasında siyasi blok yarandı. Sonra isə İsveç Fransa ilə razılığı pozdu. Beləliklə, Paris ard-arda zərbə aldı. Fikrimcə, bu, “Şimal axını-2” layihəsi bağlı bəzi məqamlara cavab idi. Ərdoğan Əbdürhəmid siyasətini davam etdirir və Qərb ölkələrinin bir-biriləri ilə qarşıdurmasından yararlanır. Türkiyə liderinin bəyanatı Rusiyadan daha çox, Fransaya qarşı idi. Türkiyə ilə Böyük Britaniya arasında qeyri- rəsmi əməkdaşlığı, Çinin Sakit okean hövzəsindəki hegemonluğuna qarşı ABŞ- Böyük Britaniya- Avstraliya üçlüyünün yaranmasını nəzərə alsaq, dünyanın çoxqütblü dönəmə qayıtdığını deməliyik. Və nəticədə Türkiyənin yeni geosiyasi mənzərədəki rolu artacaq, Azərbaycanın gələcəyi müəyyənləşəcək”.

Kənan Novruzov