"...Erməni cinayətkarlarının həbsi başlayacaq" - Elnur Eltürk
Yusif Nəzərli
08:56 31.07.2023
Aktual
669
Güclü Azərbaycan, güclü dövlət!
Meşəli soyqırımı hadisələri ilə bağlı beynəlxalq axtarışda olan şəxslərdən biri saxlanılıb.
Qeyd edək ki, Vaqif Xaçaturyan erməni milliyyətindən olan digər şəxslərlə birgə Meşəli kəndində yaşamış azərbaycanlıları bütövlükdə məhv etmək məqsədilə müxtəlif silahlardan, piyadaların döyüş maşınından istifadə etməklə həmin kəndə silahlı basqın edib azərbaycanlı milliyyətindən olan 25 nəfəri öldürüb, 14 nəfər şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, 358 nəfər azərbaycanlını isə beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan qanuni yaşadıqları yerlərdən didərgin salıb.
Məsələni “Sherg.az”a dəyərləndirən Türk Ağsaqqalları Birliyinin sədr müavini, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk bildirib ki, ermənilər həyatlarının şokunu yaşamaqda davam edirlər:
“Ağıllarına gəlməzdi ki, bir vaxtlar işğal etdikləri Qarabağda elə bir gün gələcək ki, Azərbaycan dövləti erməni cinayətkarlarını həbs etməyə başlayacaq. Güclü Azərbaycan, güclü dövlət deməkdir. Ermənilər özlərindən çox razı idilər. Hətta bir vaxtlar sosial şəbəkələrdə Qarabağı işğal etmələri ilə öyünürdülər. Şəkillər çəkdirib bizə acıq verirdilər. İndi isə rəzil duruma düşüblər. Prezident İlham Əliyevin "dəmir yumruq" siyasəti təkcə, bizə Qarabağı qaytarmadı, həm də ermənilərin tarixən özlərindən razı ideologiyasını darmadağın etdi. Allah şəhidərimizə rəhmət eləsin. Qazilərimizə şəfalar arzulayıram. Onlar alnımızda olan ləkəni təmizlədilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Harri Keyn Peleni keçdi
02:12 02.07.2026
Futbol
SEPAH-a 100 milyon barrel neft ayıra bilərik - Pezeşkian
01:40 02.07.2026
Dünya
Rütte: Ağ Ev Avropanın İran məsələsindəki mövqeyindən narazıdır
00:50 02.07.2026
Dünya
Venesuelada birhəftəlik matəm elan edildi
23:56 01.07.2026
Dünya
Pezeşkian: İran hökuməti Müctəba Xameneiyə tabedir
23:33 01.07.2026
Region
İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar
23:15 01.07.2026
Hadisə
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm