
Ermənilərin basdırdığı minalar canlar alır! – “Bu, soyqırımı cinayətidir”
Yusif Nəzərli
14:23 15.12.2022
Aktual
650
"Ermənilərin basdırdığı minalar can almaqda davam edir".
Bunu "Sherg.az"a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə dekabrın 14-də Kəlbəcər rayonunda 8 nəfərin minaya düşməsi barədə danışarkən deyib.
O bildirib ki, hələ çox belə arzuolunmaz hadisələrin şahidi və qurbanı olacağıq:
"Çünki ermənilər işğal etdiyi ərazilərdə dağıntı, talançılıqla məşğul olmaqla bərabər, həm də ziyarətgahlar, evlərin kandarları, müəyyən kommunikasiya, qəbirstanlıq yollarını minalamaqla məşğul olublar. Minalanmış ərazilərin xəritələrini də Azərbaycan tərəfə vermək istəmirlər.

Bu, əslində insanlığa qarşı bir soyqırımı cinayətidir. Ermənilər işğaldan azad olunmuş ərazilərdə mülki insanların abadlıq, quruculuq işləri ilə məşğul olacaqlarını bilirlər.
Təəssüf ki, dünyada demokratiya və insan haqlarından "dəm" vuran təşkilatlar, dövlətlər ermənilərin məlum cinayətlərinə susmaqda davam edirlər.
Elə Kəlbəcərdə 8 nəfərdən 4-ü hərbçi olmaqla 4 mülki şəxsin minaya düşməsi, ağır yaralanma və ölüm halının baş verməsi 2 gün bundan əvvəl bir daha dediklərimizi təsdiq edir. Çox təəssüf ki, nə Birləşmiş Millətlər Təşkilatı (BMT), nə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), nə Avropa Şurası (AŞ), nə də digər Beynəlxalq İnsan Hüquqları Təşkilatları səviyyəsində Ermənistana qoyulan xəritə tələbi ciddi deyil. Buna nail olmaq məqsədi güdmürlər. Cinayətlərə şərik olurlar. Hətta müharibə bitdikdən sonra 2021-ci ildə istehsal olunmuş minaların Azərbaycan ərazisində basdırılması halları da mövcuddur. Laçın rayonu ərazisində 2 minə yaxın belə mina tapılıb.
Aydın məsələdir ki, müharibədən sonra da bu əməlləri törətmək niyyətlərindən əl çəkmirlər. Biz də acı nəticələrini yaşayırıq. Hazırda dünyada beynəlxalq hüquq güclü dövlətlərin əlində siyasi alətə çevrilib. Ona görə də Ermənistana təzyiq göstərilməsini təmin edə bilmirik".
Qeyd edək ki, dekabrın 14-də Kəlbəcər rayonunda 4-ü hərbçi olmaqla 8 nəfər minaya düşüb. Bir nəfər şəhid olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
12:12 01.09.2026
Gündəm
Ararat Mirzoyanın qızı Niderlandda universitetə qəbul olunub
12:03 01.09.2026
Dünya
“Barselona”dan Messiyə dəstək: Azarkeşlər səninlə fəxr edir
11:51 01.09.2026
Futbol
Azad edilmiş ərazilərdə ötən ay 635 mina, 2724 PHS aşkarlanıb
11:07 01.09.2026
Aktual