Ermənistan ağır şəkildə cəzalandırılmalıdır, yoxsa təxribatları davam edəcək
Yusif Nəzərli
03:12 16.12.2022
Aktual
482
Laçın yolunda aksiyanın miqyası genişlənir
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi yenidən pozub.
Düşmən ordusu Basarkeçər rayonunun Aşağı Şorca, Yuxarı Şorca, Gorus rayonunun Burun yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə, Zəylik, Laçın rayonunun Əhmədli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, eyni zamanda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri də atıcı silahlardan atəşə tutulub.
Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Politoloq Azər Niftiyev isə “Şərq”ə açıqlamasında bildirib ki, bu, düşmənin nə birinci, nə də sonuncu atəşkəsi pozmaq cəhdidir:
“44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər regionda yeni reallıqlar yaradıb. Bəzi dairələr, xüsusən ölkəmizi daim təzyiq altında saxlamaq istəyən şimal və cənub qonşularımız bu reallıqla barışmaq istəmirlər. Dekabrın 9-da Qarabağ iqtisadi rayonunda yerləşən və hələ də işğalçı Ermənistanın şirkətləri tərəfindən qanunsuz şəkildə istismar olunan faydalı qazıntı mədənlərində rəsmi Bakının göndərdiyi nümayəndələrin monitorinq aparmasına ərazilərimizdə müvəqqəti yerləşmiş Rusiya Sülhməramlı Kontingenti tərəfindən maneə törədilməsi bunun bariz nümunəsidir. Təbii ki, biz bu haqsızlıqla barışa bilməzdik və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri tərəfindən keçirilən etiraz aksiyası onlara layiqli cavabdır”.
Politoloqun sözlərinə görə, aksiyanın miqyası genişlənir və bundan həm Ermənistan tərəfi, həm də onların havadarları ciddi təşvişə düşüblər: “ABŞ Dövlət Departamenti və Fransa Xarici İşlər Nazirliyi tərəfindən verilən son bəyanatlar da onu göstərir ki, 30 illik işğal faktına göz yuman beynəlxalq oyunçular Azərbaycana qarşı hərəkətə keçiblər. Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Laçın və Xocavənd rayonları istiqamətində atəşkəsi pozması da məhz bundan qaynaqlanır. Bu iki hadisə arasında birbaşa bağlılıq var. Nə qədər ki Ermənistan cəzasını almayacaq, bu şəkildə təxribatlarına davam edəcək. Onlar ağır şəkildə cəzalandırılmalıdır. Azərbaycanın öz ərazisində himayədarlarının vasitəsilə hoqqabazlıqla məşğuldurlar. Azərbaycan Ordusunun erməni silahlı birləşmələrinə layiqli şəkildə cavab verməsi, onları yerində oturtması Ermənistanın hərbi-siyasi rəhbərliyinə ciddi xəbərdarlıqdır” .
Həmçinin A.Niftiyev əlavə edib ki, Rusiya sülhməramlıları bölgəyə gəldikləri gündən öz üzərlərinə düşən öhdəlikləri yerinə yetirmirlər:
“Məlum olur ki, Kələbəcərdə 2021-2022-ci il istehsalı olan minalar basdırılıb. Bu minaları kim və nəyə görə basdırıb? Rusiya sülhməramlıları bunun qarşısını niyə almayıblar? Bütün bunlar Rusiyanın Azərbaycanı nəzarət altında saxlamaq, Ukraynada itirdiklərini kompensasiya etmək üçün Qarabağda təxribat törətmək niyyətinin əyani təzahürüdür. Moskva hər zaman bu kimi üsullardan istifadə edib. Anlayanda ki, Ukraynada dalana dirənirlər, digər postsovet ölkəsini təxribatlara çəkirlər. Azərbaycanın beynəlxalq miqyasda artan rolu, Türkiyə ilə əməkdaşlığı şimal və cənub qonşularımızın, habelə böyük oyunçuların təşvişinə səbəb olur. Həm Qarabağda ekoloji və mina terrorunun törədilməsi, həm də ərazilərimizin atəşə tutulması, bunlar hamısı, bir mərkəzdən idarə olunur” .
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qırğızıstan və Türkiyə hərbi əməkdaşlığı genişləndirir
15:43 01.09.2026
Gündəm
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
12:12 01.09.2026
Gündəm
Ararat Mirzoyanın qızı Niderlandda universitetə qəbul olunub
12:03 01.09.2026
Dünya
“Barselona”dan Messiyə dəstək: Azarkeşlər səninlə fəxr edir
11:51 01.09.2026
Futbol
Azad edilmiş ərazilərdə ötən ay 635 mina, 2724 PHS aşkarlanıb
11:07 01.09.2026
Aktual