
Ermənistan aldığı təlimatlar əsasında Minsk Qrupunun fəaliyyətinin davam etdirilməsinə çalışır -ANALİZ
10:27 01.09.2024
Aktual
708
Azərbaycan Prezidenti İlham Əliyev avqustun 30-da Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən deyib ki, artıq keçmişin qalığı olan ATƏT-in Minsk Qrupu və onunla əlaqədar olan təsisatlar tamamilə ləğv edilməlidir.
İlham Əliyev Minsk Qrupunun ləğv edilməməsi ilə bağlı Ermənistanın mövqeyinin heç bir halda başadüşülən olmadığını deyib:
“Çünki əgər münaqişə keçmişdə qalıbsa və Ermənistanın baş naziri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini ifadə edirsə, onda keçmişin qalığı olan Minsk Qrupunun saxlanmasına nə ehtiyac var?!”.
Sual ortaya çıxır. Bütün bunlara baxmayaraq, Paşinyanın MQ ilə bağlı iddialarındakı məqsəd nədir? Ümumiyyətlə, ATƏT-in Minsk Qrupu niyə hələ də fəaliyyət göstərir?
Siyasi elmlər doktoru, professor, Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini Elşad Mirbəşiroğlu “Sherg.az”a açıqlamasında söyləyib ki, Paşinyan ATƏT-in Minsk Qrupundan dəstək gördüyü üçün onun ləğv olunmamasını istəyir:

''Çünki, ATƏT-in Minsk Qrupu hər zaman Ermənistana kömək edib. Keçmiş münaqişə vəziyyətində də MQ-nun fəaliyyəti Ermənistanın xeyrinə həll olunmasına yönəlib. Ermənistana zaman ona görə lazım idi ki, bir müddət sonra, vaxtilə işğal altında olan torpaqları anneksiya etsin. Həmçinin, günümüzdə Ermənistanın ATƏT-in Minsk Qrupunun fəaliyyətinin davam etdirilməsində israrı Qərbin istəklərinə uyğun olaraq münaqişə vəziyyətinin hələ də davam etdiyi təəssüratını formalaşdırmağa çalışmasıdır. Çünki Qərb münaqişə vəziyyətini Cənubi Qafqaz regionunda aradan qalxma faktını qəbul etmək istəmir. Ermənistan aldığı təlimatlar əsasında Minsk Qrupunun fəaliyyətinin davam etdirilməsinə çalışır. Ona görə ki, münaqişə vəziyyətinin aradan qalxması Qərbin Cənubi Qafqaz regionları ilə bağlı təhlükəli planlarını alt-üst etmiş olur. Bu səbəbdən Qərb hər vasitə ilə regionda gərginlik elementlərinin mövcud olmasına çalışır. Ümumiyyətlə Qərb Ermənistanın dəstəyi ilə orada varlığını təmin edib. Azərbaycan prezidenti tələb edir ki, Ermənistan həm konstitusiyasında dəyişiklik etməlidir, həm də ATƏT MQ-nun ləğvi üçün birgə müraciətə razı olmalıdır. Paşinyan isə bütün bunları etmir. Çünki hər iki element Ermənista imkan yaradacaq ki, Azərbaycana qarşı revanş etsin".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm