Ermənistan atəşkəsi poza bilərmi? - AKTUAL ŞƏRH
Banuçiçək Kalbalıyeva
14:12 02.03.2021
Aktual
589
“Hər halda Rusiya baş nazirin devrilməsində maraqlı deyil”
“Çünki müqavilənin pozulmasını istəmir. Ona görə də rəsmi İrəvan “şıltaqlığa” cəsarət etməz”
“Paşinyan hakimiyyətdən getsə, müəyyən proseslər, o cümlədən erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılması, Zəngəzur dəhlizinin açılması ləngiyə bilər”
Rusiya İrəvandakı hadisələrdən asılı olmayaraq, Ermənistanın Dağlıq Qarabağla bağlı üçtərəfli sazişə riayət edəcəyinə ümid edir.
Bunu RİA “Novosti” agentliyinə müsahibəsində Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib."Biz Ermənistan rəhbərlərinin məsuliyyətinə çox ümid edirik, hansısa hadisələrin baş verməsindən asılı olmayaraq, Dağlıq Qarabağla bağlı sazişin icra olunmasında davamlılıq olmalıdır. Bu sazişə zidd olacaq hər hansı hərəkət, addım böyük faciəyə gətirib çıxara bilər. Buna yol vermək olmaz", - deyə o qeyd edib.
V. Matviyenko üçtərəfli sazişin imzalanmasının Cənubi Qafqaza sabitlik gətirdiyini də xatırladıb.
Kremlin hazırda hərbi əməliyyatların bərpasında maraqlı olmadığı aydındır. Çünki imzalanan üçtərəfli bəyanatda onun da imzası var. Odur ki, Moskva bütün imkanları ilə sabitliyin qorunmasına çalışır. Bizim konstruktiv mövqeyimiz də məlumdur. Amma daxildə çox xaotik vəziyyətin yaşandığı Ermənistandakı revanşist qüvvələr “dil boğaza qoymur”, ard-arda ultimatumlar səsləndirirlər. Yaxşı, nəsə edə bilərlərmi?
Politoloq Fərhad Mehdiyev bu barədə “Sherg.az”a danışıb. Onun fikrincə, təxribat yalnız bir halda mümkündür:
“Narazı qüvvələr hakimiyyətə gəlmək üçün cəbhə bölgəsində təxribat törədə bilərlər. Lakin biz son mitinqlərdə də gördük ki, Paşinyanın tərəfdarları kifayət qədər çoxdur. Deməli, xalqdan dəstək alaraq revanşistlərin hakimiyyətə gəlməsi mümkün deyil. Dediyim kimi, müxalifət ictimai rəyi formalaşdırmaq məqsədilə “dəcəllik” edə bilər. Lakin bu, yalnız hakimiyyətə gəlmək üçündür. Paşinyanı devirəndən sonra isə Rusiyanın razılığı olmadan kimsə atəşkəsi poza bilməz”.
Politoloq, həmçinin Rusiyanın məsələyə münasibətinə də toxundu:
“Belə atəşkəslər indiyədək çox olub. Yəni pozula bilər. Biz razılaşmanın doqquzuncu bəndinin reallaşmasına çalışmalıyıq. Əlbəttə, Paşinyan hakimiyyətdən getsə, müəyyən proseslər, o cümlədən erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılması, Zəngəzur dəhlizinin açılması ləngiyə bilər. Hər halda Rusiya baş nazirin devrilməsində maraqlı deyil. Çünki müqavilənin pozulmasını istəmir. Ona görə də rəsmi İrəvan “şıltaqlığa” cəsarət etməz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BMT Rusiya-Ukrayna danışıqları ilə bağlı səyləri dəstəkləyib
01:44 07.09.2026
Gündəm
İran Hörmüz boğazının tamamilə bağlandığını elan edib
01:21 07.09.2026
Region
Ukrayna çıxılmaz vəziyyətdədir - Saks
00:40 07.09.2026
Aktual
Zelenski yenidən Donbasdan imtina etməyəcəklərini açıqladı
23:37 06.09.2026
Aktual
"Amazon"un yük təyyarəsi qəzaya uğradı
23:15 06.09.2026
Dünya
Rusiyada 10 alpinist itkin düşdü
22:54 06.09.2026
Region
Şevçenko İrəvana gəldi, Simonyanın toyuna...
22:33 06.09.2026
Cənubi Qafqaz
Şəmkirdə evdə 35 yaşlı kişinin meyiti tapılıb
22:12 06.09.2026
Gündəm
Uitkoff: Tramp Ukrayna münaqişəsinin diplomatik həllinə çalışır
21:30 06.09.2026
Aktual
İsrail ordusu qəfil təlimlərə başladı
20:33 06.09.2026
Dünya
Göygöldə 50 yaşlı kişinin meyiti tapılıb
20:16 06.09.2026
Hadisə
ABŞ İranla yeni nüvə sazişi bağlamaya bilər
19:22 06.09.2026
Dünya
Rusiyadan Honq Konqa qızıl tədarükü rekord həddə çatıb
19:06 06.09.2026
İqtisadiyyat
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
18:30 06.09.2026
Siyasət
İnfantino yenə prezident olmaq istəyir
18:12 06.09.2026
Futbol
Budanov: “Avropa üçlüyü”nün nümayəndələri Kiyevə gəlib
17:21 06.09.2026
Son dəqiqə