Ermənistan mina xəritələrini könüllü verməyəcək - Aytən Qurbanova
Yusif Nəzərli
12:32 11.10.2023
Aktual
580
Beynəlxalq ictimaiyyət Ermənistana müraciət edərək günahsız insanların həyatını xilas etmək üçün mina xəritələrini Azərbaycana verməsini tələb etməlidir”.
Bunu Beynəlxalq Kəşmir Qrupunun (Pakistan) icraçı direktoru Məhəmməd Zaman deyib.
“Hər il müxtəlif ölkələrdə mina terroru nəticəsində 5 mindən çox insan ölür, 15-20 min nəfər isə ağır yaralanır. Azərbaycanın Qarabağ bölgəsi 30 il ərzində Ermənistanın işğalı dövründə kütləvi şəkildə minalanıb. Münaqişə başa çatdığına və azərbaycanlı mülki əhali bu ərazilərə qayıtmağa başladığına görə Ermənistanı minalanmış ərazilərin xəritələrini Azərbaycan hakimiyyətinə təhvil verməyə çağırırıq. Bu, insanların həyatını xilas edəcək və bizi minasız dünya yaratmağa daha da yaxınlaşdıracaq”, - o vurğulayıb.
Məsələyə münasibət bildirən politoloq Aytən Qurbanova "Sherg.az"a açıqlamasında vurğulayıb ki, bu günə qədər mina xəritələrinin verilməsi ilə bağlı həm Azərbaycan tərəfi, həm də bir çox ölkələr fərqli platformalarda Ermənistana müraciətlər ünvanlayıblar:
"Amma çox təəssüflər olsun ki, Ermənistan hər zaman mina xəritələrini danışıqlar prosesində təzyiq vasitəsi olaraq istifadə edə biləcəyini düşündüyü üçün heç vaxt buna razı olmayıb. Hətta Amerikanın və ya Gürcüstanın vasitəçiliyi ilə verilən mina xəritələrinin demək olar ki, heç birinin reallıqla üst-üstə düşməməsi faktı da artıq hər kəsə məlumdur. Ümumiyyətlə, Ermənistan kimi işğalçılıq ideologiyasını mənimsəmiş bir dövlət üçün insan həyatının önəminin olmadığının şahidiyik. Eyni zamanda öz hədəflərinə çatmaq üçün bütün müharibə cinayətlərini həyata keçirməkdən çəkinməyəcəyini ikinci Qarabağ müharibəsi dövründə mülki insanları hədəf aldığı və ya müharibə bitdikdən sonra işğaldan azad olunmuş ərazilərimizə yeni minalar yerləşdirildiyi zaman aydın şəkildə gördük. Ona görə də, düşünmürəm ki, Ermənistan könüllü şəkildə bu çağırışlara cavab olaraq mina xəritələrini versin. Yaxud da təhvil versə belə, həmin xəritələr həqiqəti, reallığı əks etdirməyəcək".
Qeyd edək ki, bir qrup xarici QHT, vətəndaş cəmiyyəti fəalları “Minadan azad dünya üçün qlobal təşəbbüs” adlı petisiyaya başlayıb.
Petisiya “Jotform” beynəlxalq platformasında “Dünya Qafqazda sülh üçün” (“World for Peace in Caucasus”) adlı beynəlxalq kampaniya çərçivəsində elan olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanın özünü ərzaqla təminetmə səviyyəsi bəlli oldu
17:15 23.10.2026
İqtisadiyyat
İran PA: Mühasirə səbəbindən ölkənin idxalı 25 faiz azalıb
17:12 23.10.2026
Dünya
İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək
16:58 23.10.2026
Gündəm
Yasamalda piyada səkisinin zəbt edilməsinin qarşısı alınıb - FOTO
16:56 23.10.2026
Hadisə
Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen
16:52 23.10.2026
Dünya
Putini təbrik edən ukraynalı deputata cinayət işi açıldı
16:39 23.10.2026
Dünya
İordaniyada kilsəyə silahlı hücum olub, 7 nəfər ölüb
16:29 23.10.2026
Dünya
Bəluclar Azərbaycana dəstək bəyanatı yaydı
16:24 23.10.2026
Gündəm
Əfqan Sadıqovun məhkəməsi başlayıb
14:26 23.10.2026
Cəmiyyət
Hindistan və Azərbaycan bu barədə razılığa gəldi
14:17 23.10.2026
Gündəm
Rusiya dizel yanacağının ABŞ-a tədarükü başlayıb
14:01 23.10.2026
Dünya
Milli Məclisin növbəti iclasının tarixi açıqlanıb
13:56 23.10.2026
Gündəm
Hərbi rütbələrin verilməsi qaydasına dəyişiklik edilir
13:44 23.10.2026
Hərbi
Şenol Günəşdən Sergen açıqlaması: “...Zaman göstərəcək”
13:32 23.10.2026
Futbol