
Ermənistanı silahlandırırlar! – “İran, ABŞ, Fransa və Hindistan...” – AKTUAL ŞƏRH
Yusif Nəzərli
12:10 05.10.2022
Aktual
698
“Azərbaycan və Türkiyə isə gedişatı diqqətlə izləyir"
“Xüsusi təyinatlıların təlimlərinin başlaması fonunda Azərbaycan və Türkiyənin ehtimallara adekvat hazırlaşdığının göstəricisidir”
"Azərbaycan-Türkiyə xüsusi təyinatlılarının birgə təlimi bölgədə yaşanan hərarətliliyə hesablanmış addımdır. Ermənistan həm İran, həm ABŞ və Fransa, həm də onların əli ilə Hindistan dövləti tərəfindən qəti şəkildə dəstəklənir. Bu ölkənin silahlandırılmasına da başlanılıb. Azərbaycan və Türkiyə isə gedişatı diqqətlə izləyir".
Bu sözləri "Sherg.az"a açıqlamasında hərbi-siyasi ekspert Həşim Səhrablı deyib.
Ekspert bildirib ki, belə neqativ addımlar Ermənistanı yenidən döyüşə təhrik edə, "qisas" hisslərini alovlandıra bilər:

"Riskə hazır olmaq lazımdır. Dünyada elə böhran var ki, kimin nə zaman, necə qərar verəcəyi gözlənilmir. Ermənistanı israrla dəstəkləyirlər, onu Azərbaycana qarşı qaldırırlar. Bunu İranın timsalında daha çox görürük. Bölgədə problemin həll edilməməsindən ötrü siyasi xətlər izlənilir. Kənar qüvvələrdən aldıqları dəstəklərə arxalanıb Azərbaycana qarşı yenidən hərbi metodlar istifadə etməyi düşünürlər. Xüsusi təyinatlıların təlimlərinin başlaması fonunda Azərbaycan və Türkiyənin ehtimallara adekvat hazırlaşdığının göstəricisidir. Diplomatik həll yollarının tamamən qapanıb-qapanmayacağını bilmirik. Siyasi proses hərbi müstəviyə daşınacaqmı?
Tendensiyalar Ermənistanın öz maraqları çərçivəsində həll yolu axtardığını göstərir. Bu da beynəlxalq hüquqa ziddir. Beynəlxalq hüququ əsas götürən Azərbaycan tərəfi də belə münasibətlə razılaşmır. Vətən müharibəsi kimi hərbi əməliyyatlar gözləmək də doğru deyil. Amma istənilən halda hərbi əməliyyatlar versiyası öz aktuallığını qoruyur. Hazırki təlimlər də Ermənistan tərəfinin başlada biləcəyi risklərə yönəlik hazırlıq xarakteri daşıyır".
Qeyd edək ki, Türkiyə-Azərbaycan xüsusi təyinatlılarının birgə təlimi başlayıb.Təlimlər oktyabrın 3-14-də Türkiyədə keçiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə
Rusiya ilə Ermənistan arasında yükdaşımalar kəskin artıb
11:11 02.09.2026
Region
Bəzi tələbələrə 2000 manat MÜKAFAT VERİLƏCƏK - FOTO
11:11 02.09.2026
Elm və Təhsil
Mal əti bahalaşdı
11:05 02.09.2026
İqtisadiyyat
Axtarışda оlan 317 nəfər sərhəddə saxlanılıb
11:02 02.09.2026
Hadisə