Ermənistanın demarkasiya sancısı:“Kəlbəcər, Laçın zolağına “düyün” vurmaq niyyətindədir”
Yusif Nəzərli
12:41 11.02.2022
Aktual
2296
“Fikir verək, son iki gündə Ermənistan eyni istiqamətdə atəş açır: Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan ordusunun mövqelərini atıcı silahlardan atəşə tutur”
“Bu da onu göstərir ki, həmin ərazilər üzrə hansısa hərəkətlilik var”
“Laçın və Kəlbəcər istiqamətlərinə düyün atmaq istəyən Ermənistanın Bakının şərtləri altında razılaşmalar əldə etməsi qaçılmaz hala gəlir”
Fevralın 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə atəşkəsi pozublar. Səhər saat 08:50-dən 09:00-a qədər qarşı tərəf Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsindəki mövqelərdən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən mövqelərimiz istiqamətində atəş açılıb. Müdafiə nazirliyindən bildirilib ki, bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub:
“Şəxsi heyət və texnikamızda itki yoxdur. Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır".
Atəşkəsin pozulmasının səbəblərini "Sherg.az"a açıqlayan siyasi şərhçi Aqşin Kərimov bildirib ki, Ermənistan ara-sıra atəş açmaqla hirsini atdığı mərmilərlə boşaldır:
“Kəlbəcərdəki atışmalardan öncə verilən bəyanatın ruhuna baxmaq lazımdır. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov elan etdi ki, Ermənistan sərhəd müəyyənləşməsi ilə bağlı yaradılması nəzərdə tutulan ikitərəfli komissiyanın fəaliyyəti barədə Azəraycana ilkin şərtlərini təqdim edib. Bakı isə şərt qəbul etmir, bunun əksinə öz diktəsini yeridir. Təbii ki, Rusiya və Türkiyə də sərhəd məsələsində Bakıya dəstək verir. Ermənistanın şərtləri daha çox Kəlbəcər və Laçınla əlaqəlidir. İrəvan istəyir ki, Azərbaycan bu ərazilərdən qoşunlarını geri çəksin, daha sonra delimitasiya və demarkasiya prosesi başlasın.
Bu isə mümkün deyil. Qoşunların geri çəkilməsi Ermənistana vaxt verməkdən başqa bir şey olmaz, indi nəinki geri çəkilmək, əksinə irəli gedərək digər strateji yerlərdə də möhkəmlənmək Bakı üçün hava-su kimi lazımdır.
Hazırda sərhədin Zəngilan və Qubadlı istiqamətində sakitlikdir. Düşünmək olar ki, sərhəd mübahisəsi Zəngilan və Qubadlıda özünün nəzəri və praktiki həllini tapıb. Yəni Azərbaycan istədiyinə nail olub. Son zamanlar sərhədin bu zolağında hər hansı ciddi insident qeydə alınmayıb. Bu göstərir ki, Gorus-Qafan yolunun 21 kilometrinin Azərbaycanın nəzarətində olması, Azərbaycanın bu yolda gömrük və polis postları qoyması Ermənistanın bu zona üzrə müqavimət, lap dəqiqi desək, etiraz göstərmək gücü qalmayıb.
Yəni Zəngilan və Qubadlıda Ermənistan təklif edilən sərhəd xəttinə razılıq verib, daha doğrusu buna məcbur olub. Görünür, bu ərazilər üzrə delimitasiya və demarkasiya prosesi ağrısız keçəcək. Həmin ərazilər üzrə hərbi xidmətin Dövlət Sərhəd Xidmətinə verilməsi də, bunun göstəricisidir.
İndi qalır Kəlbəcər və Laçın – Ermənistan sərhədin bu zolağına düyün vurmaq niyyətindədir. Fikir verək, son iki gündə Ermənistan eyni istiqamətdə atəş açır: Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan ordusunun mövqelərini atıcı silahlardan atəşə tutur. Bu da onu göstərir ki, həmin ərazilər üzrə hansısa hərəkətlilik var. Laçın və Kəlbəcər istiqamətlərinə düyün atmaq istəyən Ermənistanın Bakının şərtləri altında razılaşmalar əldə etməsi qaçılmaz hala gəlir”.
Xanlar ƏLİBƏY
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm
Lavrov ABŞ-a gedib
11:02 30.10.2026
Dünya
Peskov: Putin Makron və Mertslə danışıqlara hazırdır
10:56 30.10.2026
Dünya
Peskov: Zelenski Putinə hələ zəng etməyib
10:45 30.10.2026
Dünya
Deputat Səyyad Aran Ombudsmanı təriflədi
10:42 30.10.2026
Cəmiyyət
Biləcəridə hotelin fəaliyyəti dayandırıldı
09:55 30.10.2026
Hadisə
Azərbaycan nefti 122 dollardan yuxarı ticarət olunub
09:41 30.10.2026
İqtisadiyyat
Ombudsman vəzifəsinə 3 namizəd irəli sürülüb
09:31 30.10.2026
Gündəm
Bitkoinin qiyməti 79 min dollardan aşağı düşüb
09:19 30.10.2026
İqtisadiyyat
"Milan" və "İnter"in yeni stadionunun adı müəyyənləşdi
08:48 30.10.2026
Futbol
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
07:50 30.10.2026
Sağlamlıq